Super User

Super User

Cümə, 16 Dekabr 2022 08:59

Eşitməyən qalmasın 16.12.2022

Cümə axşamı, 15 Dekabr 2022 18:08

Şəhidin xatirəsi anılıb…

Vətən ugrunda qəhrəmancasına vuruşaraq canından kecərək şəhadətə ucalan Qax rayonunun Qaşqacay kındindən olan şəhid Cavid Abdullayevin ölümünün ikinci ildönümü qeyd olunub. Bu münasibətlə Qax rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri və şəhidin ailə üzvüləri onun məzarı üstünə gedərək, şəhidi dərin ehtiramla yad ediblər. Şəhidin məzarı üstünə gül dəstələri qoyulub,   xatirəsinə tikilmiş bulagın acılışı olub. Acılışda şəhidin dostları, yaxınları onun döyüş yolundan danışıb və Cavidin necə bir qəhrəman kimi vuruşaraq şəhid oldugu tədbir iştirakcıların diqqətinə catdırıllb.Tədbirdə   şəhidə və vətənə həsr olunmuş şeirlər səsləndirilib. Qeyd edək ki, şəhid Cavid Abdullayev 2019 cu ilin aprel ayında hərbi xidmətə yollanıb və 2020 ci ilin oktyabr ayında Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.

Çərşənbə, 14 Dekabr 2022 18:50

Maarifləndirici tədbirlər davam edir...

Balakən rayonunun Qullar kəndində AQTA Şəki Regionl bölməsinin əməkdaşları ərəfindən keçirilən maarifləndirici tədbirldə sakinlərə həşarat və onunla mexaniki mübarizə tədbirləri barədə geniş məlumat verilib. Bildirilib ki, qonşu Gürcüstan Respublikasından yük maşınları vasitəsi ilə keçdiyi guman edilən qəhvəyi mərmər taxtabiti 49 fəsiləyə aid 300-dən çox bitki ilə qidalanır ki, bunlardan 113-ü Azərbaycan florasında mövcuddur. Meyvə bitkilərindən daha çox fındıq, alma,armud, xurma, sitrus meyvələri, kivi, üzüm, tərəvəz bitkilərindən kələm, xiyar, balqabaq, lobya, pomidor, texniki bitkilərdən tütün, pambıq, şəkər çuğunduru, günəbaxan, o cümlədən qarğıdalı, soya bitkilərinə, meşə,dekorativ və bəzək ağac,kol bitkilərinə ziyan vura bilir. Bir dəfəyə 300-dək yumurta qoymaq qabiliyyətinə malik bu həşarat bağ və bostanlarda məhsulun keyfiyyətinə zərər vurduğu kimi, ümumi məhsuldarlığıda 80-90 faizədək aşağı salır. Son bir ayda sözügedən ərazilərdə kütləvi rast gəlinən bu həşarat bölgənin ən ixracyönümlü məhsullarından sayılan fındıq, qoz, tütün, eləcədə qarğıdalı kimi vacib qıda məhsullarına zərər verə bilər. Aidiyyati qurumlarla yanaşı, əhalidə mexaniki mübarizə tədbirlərinə qoşulmalı, həşaratın kütləvi çoxalmasına və yayılma arenasının artasına əllərindən gəldikcə əngəl olmalıdırlar. İstini xoşlayan bu həşarat qışlama dövrünə əsasən evlərə və evlərin çaraqlarına doluşur. Bu zaman onları salafan torbalara toplayaraq, ağzını kip bağlı şəkildə yandırmaq lazımdır ki,dişi fərdlərin daxilində sonradan inkiaf edə biləcək yumurtalarda məhv olsun. Sözügedən həşarat 2010-cu ildə ABŞ-nən bəzi Ştatlarında alma məhsuluna 37 milyon dollar, 2016-cı ildə Gürcüstanda fındıq istehalına 53-59 milyon dollar, 2017-2019-cu illərdə isə Türkiyədə fındıq bitkisinə 1 milyard dollaradək zərər vurub. 

Çərşənbə axşamı, 13 Dekabr 2022 18:32

Müəllimlər maarifləndirilir...

Balakəndə ELm və Təhsil Nazirliyi, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olan "Balakən müəllimləri üçün videoçarxların hazırlanması mərkəzi" layihəsi uğurla başa çatıb. Layihə çərçivəsində ümumilikdə 12 təlim keçirilib.  Təlimlərdə iştirak edən 30 müəllim  öyrəndikləri proqramları məktəbdə çalışan digər həmkarlarına da öyrədərək dərslərdə tətbiq edəcəklər.

Çərşənbə axşamı, 13 Dekabr 2022 18:07

Qrant müsabiqəsinin bağlanış mərasimi keçirilib...

Şəkidə Təhsildə inkşaf və innovasiyalar üzrə 6-cı Qrant müsabiqəsinin “Məntiq səfərbərliyi” intellektual yarışının bağlanışı olub. 3 ay ərzində 5-ci və 6- cı sinif şagirdlərinə tədris edilən  layihənin  qalibi şəhər 14 saylı orta məktəbin müəllimi olub. Layihədə iştirak edən şagirdlər arasında final yarışı keçirilib. Toplanılan ballara əsasən qalib olan məktəblilərə sertifikat, diplom, medal və kuboklar təqdim edilib. 

Qaxda bir ailənin 5 üzvü zəhərlənib. 64 yaşlı Xanım Xəlilova, 40 yaşlı Məhəmməd Xəlilov, Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların vəziyyətlərinin kəklikotu çayı içdikdən sonra pisləşdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

465 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S