Super User

Super User

Mirzə Ələkbər Sabirin ev Muzeyi və Hüseyn Cavid Ev Muzeyinin birgə təşkilatçılığı ilə Şamaxıda Azərbaycanın xalq şairi, Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illik yubileyi çərçivəsində Fariz Qasımbəylinin “Mirzə Ələkbər Sabir və islam dini “ kitabının təqdimatı keçirilib. Tədbir iştirakçıları öncə Mirzə Ələkbər Sabirin ev Muzeyi ilə tanış olub və dahi şairin qəbrini ziyarət ediblər. Çıxış edənlər xalq şairinə ümumxalq sevgisindən danışıblar. Sabir poeziyasının Azərbaycan ədəbiyyatında mühüm yer tutduğu vurğulanıb. Sonda Mirzə Ələkbər Sabirin 160 illik yubileyi münüsibəti ilə muzey işi sahəsində fəallıq, təşəbbüskarlıq və yüksək fəaliyyətinə görə qonaqlar diplomlarla təltif edilib.Müəllif tərəfindən muzeyə və qonaqlara kitablar hədiyyə edildi.

Şamaxıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi cəmiyyətdə dinin yeri və rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Şamaxı RİH, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsibnin rəsmiləri, din xadimləri iştirak ediblər. Çıxış edənlər ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində görülən işlərdən danışıb. Dini konfessiyalar arasında tolerantlıq mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının Ümummilli Liderin adı ilə bağlı olduğu bildirilib.Vurğulanıb ki, Ulu Öndərin dövlət-din münasibətləri sahəsindəki nümunəvi siyasəti bu gün dövlət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dini, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və cəmiyyətdə təbliği istiqamətində mühüm işlər həyata keçirilir. Gəncləri təhsilə, elmə, mənəvi dəyərlərimizə daha da bağlı olmağa çağırandin xadimləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə də ətraflı məlumat verib. Çıxışlardan sonra Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gətirilən "Şuşa 270 il" adlı sənədli film nümayiş olunub.Sonda iştirakçıların sualları cavablandırılıb.

Qədim şəhərin 270 illiyinə həsr edilən növbəti belə tədbir Zaqatalanın ən ucqar kəndlərindən olan Kəpənəkçi kəndində baş tutub. Ölkəmizi, o cümlədən Şuşanı vəsf edən mahnıların, mədəniyyət beşiyimizin yetişdirdiyi incəsənət xadimlərinin əsərlərinin ifa edildiyi tədbir maraqlı və yaddaqalan olub.

Kəpənəkçi kənd mədəniyyət evinin kollektivinin kənd sakinləri və məktəblilərlə birgə hazırladıqları ədəbi bədii kompazisiya, “Arşın mal alan” və “ O olmasın bu olsun “ tamaşalarından səhnələr iştirakçılarda xoş ovqat yaradıb. Tədbir çərçivəsində Qarabağın, o cümlədən Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açılıb, şuşalıların yaşadıqları çətinliklər, Vətən həsrəti səhnəciklərlə, şeirlərlə xatırlanıb.   

Şənbə, 17 Dekabr 2022 17:37

Cənubi Qafqazda yaradılan qoruq...

Zaqatala Dövlət Təbiət Qoruğunun 39338 hektarını meşələr,4989 hektarını subalp və alp çəmənlikləri,1903 hektarını daşlı və qayalı sahələr, 591 hektarını təbii seyrəkliklər, 354 hektarını meşə içi açıqlıqlar, 103 hektarını meşə və mühafizə koridorları, 71 hektarını isə sular və yollar təşkil edir. Ərazinin mürəkkəb səth quruluşu,iqlim şəraiti və torpaq örtüyünün müxtəlifliyi burada flora və faunanın zənginliyinə səbəb olub. Gününü əsasən dağda,dərədə keçirən Qoruq mühafizəçilərinin işi hər nə qədər çətin və məsuliyyətli olsa da, canlı təbiətə olan sevgiləri onlara bu çətinliyi unutdurur. Qoruq ərazisində canlı faunanın izlənilməsi, mühafizə işlərinin səmərəliliyini artırmaq məqsədi ilə müşahidə kameralarından da istifadə edilir. Qoruğun ərazisi əksər yerlərdə yaşayış məskənlərinə yaxın olduğundan bu da mühafizə işini bir qədər çətinləşdirir. Qoruqda Azərbaycan üçün nadir hesab edilən bitki, heyvan,quş və balıq növlərinə rast gəlmək mümkündür. Qoruqların yaradılmasında əsas məqsəd də elə nadir təbiət incilərinin qorunmasır. Bu baxımdan aidiyyati qurumlarla yanaşı, sıravi vətəndaşlar da bu işdə əllərindən gələni əsirgəməməlidirlər. Çünki, bu təbiət bizimdir, aldığımız hava, içdiyimiz su üçün meşələrə və onların təbii flora və faunasına borcluyuq.

Şənbə, 17 Dekabr 2022 17:31

Qəbələdə yanğın!!!

Qəbələ rayonunun Vəndam qəsəbəsində yanğın olub. Qəsəbədə ümumi sahəsi 97 m² olan bir dam altında bir-birinə bitişik tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, sahəsi 12 m² olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, sahəsi 30 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, sahəsi 35 m² olan çayxananın yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı digər mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şənbə, 17 Dekabr 2022 10:27

Şəkidə yaşayış evi kül oldu...

 Yanğın Baş Küngüt kəndində baş verib. Hadisə kənd sakini Valeh Rəsulova məxsus, ümumi sahəsi 315 kvadratmetr olan evdə baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin 4 otağının yanar konstruksiyaları içərisində olan əşyaları ilə birlikdə yanıb. Digər otaqlarda isə tavan zədələnib. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Yanğın zamanı evin zirsəmisində olan 3 ədəd müxtəlif tutumlu maye qaz balonları yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə daşınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Cümə, 16 Dekabr 2022 14:34

Eldən Çölə Lənkəranda 16.12.2022

464 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S