Super User

Super User

Çərşənbə axşamı, 20 Dekabr 2022 14:07

Çevrəmiz - Uşaqlar asudə vaxtını necə keçirir? 20.12.2022

Bazar ertəsi, 19 Dekabr 2022 19:08

Ölümlə nəticələnən yol qəzası...

Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində qeydə alınıb. “Lada Priora” və“Toyota” markalı avtomobillərin toqquşması nəticəsində “Lada”nın sürücüsü, Nic qəsəbə sakini 22 yaşlı Anar Hüseynli aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Bazar ertəsi, 19 Dekabr 2022 18:56

Dumanlı hava qəzaya səbəb oldu...

Qaxda dumanlı havada idarəetmədən çıxan avtomobil beton maneəyə çırpılıb. Nəticədə 2 nəfər xəsarət alıb. Hadisə Şəki-Qax-Zaqatala yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, Qax rayon Turaclı kənd sakini Fərid Tarverdiyevin idarə etdiyi minik avtomobili Turaclı kəndindən Qax şəhəri istiqamətində hərəkətdə olarkən Qax şəhərinin girişində quraşdırılmış beton maneəyə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisəyə səbəbin havanın qatı dumanlı olması bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bazar ertəsi, 19 Dekabr 2022 18:22

Avtomobil piyadanı vuraraq öldürüb…

Şəkidə piyadanı maşın vuraraq öldürüb. Hadisə rayonun Aşağı Göynük kəndi ərazisində baş verib. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada 43 yaşlı Aşağı Göynük kənd sakini Rasim Əlimərdanov xəstəxanaya aparılarkən ölüb. Faktla bağlı araşdırma aparılır.

Bazar ertəsi, 19 Dekabr 2022 16:31

Sənətdəsən - Cuma babanın qonağıyıq

463 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S