Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dövlət Turizm Agentliyinin sədrləri, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyətindən bəhs edilib. Ardınca ABADçıların əl işlərindən, rəsm əsərlərindən və şəkillərdən ibarət sərgi ilə tanışlıq olub. Eksponatlar dekorativ-tətbiqi xalq sənətkarlığının müxtəlif texnikalarında işlənilib. Məhsulların hər biri sərgidən sonra “ABAD” etno-butiklərində satışa çıxarılacaq. Tədbir çərçivəsində Mərkəzin birinci mərtəbəsində yerləşən və “ABAD”ın ilk qonaq evi olan “Art Hotel by ABAD Guest”in açılışı baş tutub. Qonaqlar şərq üslübünda dizayn edilmiş butik hotelin 8 nömrəsi ilə tanış olublar. Burada 20 nəfərədək qonağı yerləşdirmək imkanı var və hər nömrə zəruri infrastrukturla təmin olunub.Qonaqlar üçün qədim sənətkarlıq emalatxanalarından yararlanmaq üçün xüsusi endirimlər nəzərdə tutulur. Burada qış mövsümü üçün restoran, yay üçün açıq terras təşkil olunacaq. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir konsert proqramı ilə yekunlaşıb.