Super User

Super User

Bazar ertəsi, 21 Fevral 2022 19:27

Avtoxuliqanlıq edən sürücü həbs olundu

Balakəndə isə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən sürücü saxlanılıb. Rayon sakini Asif Əzizov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə davamlı şəkildə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri edib və həmin əməllərini özünün “Tik-Tok” sosial şəbəkə hesabında paylaşıb. Dövlət Yol Polisi Bölməsinin əməkdaşları intizamsızlıq edən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci - avtoxuliqanlıq maddəsi ilə protokol tərtib edib, hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərib. Məhkəmənin də qərarı ilə Asif Əzizov sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Bazar ertəsi, 21 Fevral 2022 19:18

Zaqatalada piyadanı maşın vurdu

Zaqatalada yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb. Zaqatala rayonu Yuxarı Tala kənd sakini 38 yaşlı İlkin Muradov özünə məxsus "Nissan Maxima" markalı avtomaşınla Bəhmətli kəndi istiqamətində hərəkət edərkən yolu keçməyə çalışan 71 yaşlı  İsmayıl Muradovu vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan İlkin Muradov hadisə yerində ölüb. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Bazar ertəsi, 21 Fevral 2022 19:06

Qoruqda yanğın davam edir

Qax rayonunun dağlıq-meşəlik ərazisində ötən gün günorta saatlarından başlayan yanğının söndürülməsi hələ ki, mümkün olmayıb. Yanğın Qum kənd inzibati ərazisindən bir-neçə kilometr məsafədə yerləşən İlisu Dövlət Təbiət Qoruğunun yüksək dağlıq-meşəlik ərazisində baş verib. Yanğının baş verdiyi ərazi 3 hektarı əhatə edib. Bu gün isə alovun miqyası artaraq 5 hektara çatıb. Ərazi relyefinə görə, çətin və əlverişsiz olduğundan yanğının söndürülməsi əl əməyi ilə aparılır. Yanğının qarşısının alınması və daha geniş ərazilərə yayılmaması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 55 nəfərlik şəxsi heyəti ilə yanaşı, İlisu Dövlət Təbiət Qoruğunun və Qax Meşə Təsərrüfatının əməkdaşları, Qum və Çinarlı kənd sakinləri də cəlb olunub. Hazırda yanğının daha geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür. Yanğın nəticəsində qoruq ərazisində ağaclar, qurumuş yarpaq və kol-kos yanır.
Zaqatalanın Muğanlı kəndinin qəhrəman şəhidi Nicat Xəlillinin xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Tədbirdə şəhidin ailə üzvləri, kənd sakinləri ilə yanaşı, rayon rəsmiləri də iştirak edib.
Açılışa toplaşanlar igid eloğlunun şərəfli ömür yolundan danışıblar. Bildirilib ki, sakit təbiəti, mehribanlığı və işgüzarlığı ilə özünə hörmət qazanan Nicat müharibə başlanan ilk günlərdən könüllü olaraq cəbhəyə yollanıb. Kəlbəcər və Murovdağın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək oktyabr ayının 9-da, 25 yaşında şəhadətə yüksəlib.
Hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Nicat Xəlilli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Tədbirə balacaların hazırladığı kompozisiya ilə yekun vurulub.
 
Bazar ertəsi, 21 Fevral 2022 11:30

Çox dadlı ətli şorba | Kəndimiz 6-cı veriliş

Bazar ertəsi, 21 Fevral 2022 11:17

Hacı Dayının Nəvələri 6-cı Bölüm

Bazar, 20 Fevral 2022 12:06

"Müharibənin gülləri" Kanal S-inema

Bazar, 20 Fevral 2022 09:38

Adsız küçənin problemləri…

Şamaxı rayonunda 100 çox əhalinin yaşadığı yeni yaşayış massivinin adı yoxdur.10 ilə yaxındır ki, sözügedən ərazidə yaşayan sakinlər bu səbəbdən bir sıra çətinliklərlə üzləşirlər. Yeni salınan yaşayış massivinin problemləri təkcə bununla yekunlaşmır. Sakinlərin üzləşdikləri bir başqa problem isə yol problemidir. Sakinlər yayda toz, qışda isə palçıq əlindən hərəkət etməyə çətinlik çəkirlər. İri çuxurlar, çay daşları və palçıq qatı piyada və sürücüləri burdan keçməyə peşman edir. Sakinlərin sözlərinə görə, taksi sürücüləri bir çox hallarda bu əraziyə gəlməkdən imtina edir və ya baha qiymətə aparırlar.Taksi olmayanda isə palçıqlı keçilməz yolları piyada getmək məcburiyyətində qalırlar. Bu acınacaqlı vəziyyətdə olan yollardan hər gün ən az iki dəfə keçmək məcburiyyətində qalan məktəbli uşaqlar problemi daha çox yaşayırlar. Hətta bəzi valideynlər uşaqları üçün məktəbə 2 ayaqqabı aparmağa məcbur olurlar. Qarşıdan yağışlı mövsümün gəldiyini nəzərə alsaq, sakinlər üçün bu yoldan istifadə yazda daha da mümkünsüz olacaq. Ümid edirik ki, o zamana qədər problem həllini tapar. O ki, qaldı ad məsələsinə tezliklə yaşayış maassivinə ad veriləcəyi  bildirildi. 
460 -dən səhifə 466

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S