Cümə, 16 İyun 2023 17:22

Bu il taxıl zəmilərində məhsulun az olacağı gözlənilir…

Şəki rayonunda bu il 65 min hektara yaxın sahədə taxıl əkilib ki, onun da 33 min. hektarı buğda sahəsidir. Bu sahələrin yalnız 16 min hektarı şərti suvarılan torpaqlar, qalanı isə dəmyə torpaqlardır və yalnız yağış suyu ilə qidalanır. Ancaq bir neçə ildir ki, şəkili fermerlər iqlim dəyişikliyindən əziyyət çəkir. Yol boyu uzanan taxıl sahələri boz çöllərə oxşayır. İndi taxıl zəmisi dalğalanmalı olan bu sahələrdə normal sünbül tapmaq belə möcüzədir. O ki qaldı sahələrdə texnika çatışmazlığına. DAİM-dən həmçinin hazırda sahələrdə 116 kombaynın işlədiyi və digər rayonlardan da kombaynların rayona dislokasiya olunmağa davam etdiyi bildirildi. İqlim şəraiti səbəbi ilə məhsuldarlığın onsuz da az olduğu rayonda sahələrdə olan taxılı maksimum şəkildə itkisiz yığmaq daha asan olmalıydı. Onu da xatırlamaq yerinə düşər ki, taxıl sahəsində biçinin gecikdirildiyi hər keçən gün toplanacaq məhsulun daha da azalması deməkdir. Sahələrə texnikanın zamanında və yetərli sayda yönləndirilməsi fermerlərin var olan maddi itkilərinin daha da artmasının qarşısını alar.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S