Super User

Super User

Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə paytaxtda fəaliyyət göstərən bir sıra teatrların və musiqi kollektivlərinin bölgələrə yeni qastrol səfərləri təşkil olunub.Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır. Layihə çərçivəsində Azərbaycan Dövlət Mahnı Teatrının Estrada ansamblı Şamaxı Mədəniyyət Mərkəzində musiqisevərlərin qarşısına çıxıb. Bölgələrə qastrol səfərləri may ayında da davam edəcək.

Standartlara cavab verməyən qəbirlərin mövcudluğu, məzarların ətrafının zəbt edilməsi yer çatışmazlığı probleminə yol açır. Şəki şəhərində də bir neçə qədim və yeni salınan məzarlıqlar var ki, onlardan bəzilərində artıq yer yoxdur. Şamaxıda da qəbirstanlıqda anoloji vəziyyət hökm sürür. Çardaq quran kim, sərdabə tikən kim, heykəl qoyan kim. Sanki ölü sahibləri kim daha çox pul xərcləyəcək deyə yarışa giriblər. Sosioloqların fikrincə son illər maddi dəyərlər mənəvi dəyərləri üstələdiyindən, insanlar da bir-biri ilə maddi üstünlüklərinə görə yarışmağa çalışır. Nəticə etibarilə bu, qəbiristanlıqlarda da özünü göstərir. Biz də baş daşılarının qiymətini öyrənməyə çalışdıq. Baş daşı çeşidləri və qiymətləri ilə tanış olanda isə az qalır ki, adam öz başını itirsin. Din xadimləri isə hesab edir ki, dəbdəbəli məzar daşları israfdan başqa bir şey deyil. Dünyasını dəyişən şəxsin xatirəsini anmaq yaşatmaq üçün dəbdəbəli məzar daşına qəti ehtiyac yoxdur. Xeyirxah əməllərlə ruhuna rəhmət oxutmaq ən xeyirlisidir. Azərbaycanda qəbir daşlarının vahid formada tətbiqi haqqında qanun, yəni məzar daşlarının dəbdəbədən kənar, sadə formada hazırlanması üçün ümumi qaydalar və tələblər mövcuddur. Bəs, nə üçün bu tələblər yerinə yetirilmir sualına Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Cavanşir Paşazadə aydınlıq gətirib. Xatırladaq ki, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 22-ci bəndinə əsasən başdaşının hündürlüyü 1, eni isə yarım metrdən çox olmamalıdır. Bu qaydaların tələbləri Fəxri xiyabanlarda, Şəhidlər xiyabanlarında və kütləvi məzarlıqlarında aparılan dəfnlərə, habelə Vətən uğrunda şəhid olan hərbçilərin dəfn mərasimlərinə şamil edilmir.

Balakəndə motosiklet kanala düşüb, 2 nəfər xəsarət alıb. Hadisə rayonun Kortala kəndi ərazisində qeydə alınıb. Zaqatalanın Danaçı kənd sakini 21 yaşlı Sahib Kahayev idarə etdiyi motoskletlə hərəkətdə olarkən yolun sərt döngəsində idarəetməni itirib. Nəticədə motosiklet yolun kənarındakı kanala aşıb. Qəzada xəsarət alan Sahib Kahayev və onun həmkəndlisi 19 yaşlı Kamran Yumuxov Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Gənclər Balakənin Kortala kəndində futbol oynayıb Zaqatalaya geri qayıdarkən yol qəzasına düşüblər. 

Cümə, 21 Aprel 2023 19:15

Eşitməyən qalmasın 21.04.2023

Cümə, 21 Aprel 2023 18:28

\"Sheki City\" çempionluq yolunda…

Şəkinin Sheki City futbol klubu bazar günü çıxış etdiyi regional liqada Play Off-da Qobustan komandası ilə qarşılacaq. Bu komandaların Play Off-da 2-ci oyunudur. İlk oyun Qobustanda keçirilib. Sheki City komandası qonaq meydanda 1-1 hesbaı ilə bərabərlik əldə edib. İkinci oyunda komanda Qobustan komandasını məğlub edərək, növəbti mrəhələyə yüksəlməyi hədəfləyirlər. Sheki City klubunun matçı qalib bitirmək üçün çox böyük şansları. Elə bunu turnir cədvəlinə baxsaq, aydın şəkildə də görmək olar. Bu mövsümdən region liqasında çıxışlarına başlayan klub, elə ilk mövsümdə də liqanın lideri Karvanla eyni xallara sahibdir. Həttə top fərqinə görə Sheki City Karvanın önündədir. Klubun bu günkü gündə uğurlu nəticələri heç də asan başa gəlməyib. Hazırda Sheki City komandasının ciddi dəstəyə ehtiyacı var. Belə ki, komandaya veriləcək dəstək, Şəkiyə növbəti illərdə böyük futbolu qaytara bilər. Çünki region liqasını çempion tamamlayacağı halda, Sheki City ilk öncə birinci divizyona, ordan isə Azərbaycan premyer liqasına yüksələ bilər. Komandanın təkcə birinci divzyona yüksəlməsi belə, Şəkidə stadionun təmir edilməsinə şərait yaradacaq. Hazırda komandanın çəkdiyi maliyyə sıxıntıları səbəbindən, Sheki City iki qonaq meydanda matçı buraxmalı olub və texniki məğlubiyyət alıb. Bütün bunlar baş verməsə idi, Sheki City region liqasının lideri olacaqdı. Burdan da göründüyü kimi, komandanın çox böyük potensialı var. Bunun üçün də komandaya dəstək olunması mütləqdir. Qobustanla matçdan qalib ayrılması üçün, bazar günü hər bir futbolsevəri Şəki stadionunda saat 16:00-da başlayacaq matça dəvət edirik. Matçın biletlərini bazar günü saat 15:00-dan etibarən stadiondan əldə edə bilərsiniz. Biletlərin qiymətləri sadəcə 1 manatdır. Satılan hər bir bilet komandanın maliyyə vəziyyətinin yaxşılaşmasına səbəb olacaq. Eyni zamanda bilet əldə etmiş şəxslər, komandanın sponsorlarından müxtəlif endirimlər əldə edəcəklər. Bunun üçün biletin arxasında qeyd edilmiş sponsorlara biletlə yaxınlşaraq endirimlərdən yararlana bilərsiniz. Onu da qeyd edək ki, Sheki City Qobustan komandasını geridə qoyarsa 4-də 1 finalda Xəzər Lənkəran klubu ilə qarşılacaq. Odur ki, komandaya dəstəyinizi göstərmək üçün bazar günü stadiona gələ bilərsiniz.

468 -dən səhifə 672

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S