Balakəndə Dövlət Yol Polisi Bölməsinin əməkdaşları avtomobillərdə konstruksiya dəyişikliyi edən sürücülərə qarşı reyd keçiriblər. Şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsinə əlavə avadanlıq quraşdıran, konstruksiya dəyişikliyinə yol verən avtonəqliyyat vasitələrinin sürücüləri saxlanılıb. Yerində aradan qaldırılması mümkün olmadığından avtomobillər müvəqqəti duracağa yerləşdirilib və sürücülər barəsində inzibati protokollar tərtib edilib.