Super User

Super User

Ağdaşın Kotanarx kəndinin sakinləri əkin sahələrini suvara bilmirlər. Artıq iki ilə yaxındır kənddə eyni vəziyyət hökm sürür. Aidiyyəti qurumlara edilən müraciətlər isə nəticəsiz qalıb. Kənd sakinləri su çətinliyi səbəbilə məhsul itkisi ilə üzləşdiklərindən torpaq sahələrində əkin işləri də aparmaq istəmirlər. Əməkdaşımız Aqil Əsədov sözügedən kənddə olub. Yaranan çətinliyin səbəblərini öyrənməyə çalışıb. Son zamanlar ölkə ərazisində yağışların az yağması və havaların quraq keçməsi çaylarda suyun sürətlə azalmasına səbəb olub. Bu da öz növbəsində kənd yerlərində əkin-biçinlə məşğul olan kəndlilərə əkdikləri bitkiləri suvarmaqda çətinliklər yaradır. Bu Mərkəzi Aran rayonlarında özünü daha çox büruzə verir. Susuzluqdan məhsul tələf olur və təsərrüfatçılar ziyana düşürlər. Ağdaşın Kotanarx kəndinin sakinləri onlara məxsus torpaq sahələrini artıq iki ilə yaxındır ki, vaxtlı-vaxtında suvara bilmirlər. Qış aylarında sahələrə az da olsa su gəlsə də, havalar isinməyə doğru getdikdə tamamilə acınacaqlı vəziyyət yaşanır. Mövcud vəziyyətlə bağlı sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də bu günə kimi onların səsinə səs verən olmayıb. Məsələnin əslini öyrənmək üçün üz tutduq Ağdaş rayon Suvarma Sistemləri İdarəsinə. İdarənin baş mühəndisi Namiq Kərimov bildirdi ki, məsələdən xəbərdardırlar. Mövcud vəziyyətin yaranmasına səbəb isə Yuxarı Şirvan kanalından suyun sərt limitlə yəni az verilməsidir. Artıq idarə tərəfindən Yuxarı Şirvan Kanalının rəhbərliyinə müraciət olunub. Baş mühəndisin sözlərinə görə, yaxın vaxtlarda kəndə suyun verilişi artırılacaq və sakinləri narahat edən məsələ öz həllini tapacaq. Sinxron: Namiq Kərimov-Ağdaş SSİ-nin baş mühəndisi - Əsas su mənbəyi Turyançay çayı Yuxarı Şirvan kanalı və Kür çayıdır Hal hazırda suvarma mövsümü olmadığından lakin havaların quraq keçməsi ilə əlaqdəar əkilmiş əkin sahələrinin suvarılmasına ehtiyac yaranır. Sakinlər ümid edir ki, növbəti suvarma mərhələsi başlayan ərəfədə suvarma suyuna olan tələbat ödəniləcək. Kotanarx kəndinin əkin sahələrində daha məhsul itkisi yaşanmayacaq. 
Zərdabda dəhşətli yanğın hadisəsi baş verib. 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb…
Hadisə gecə saatlarında rayonun Çallı kəndində qeydə alınıb.  Əliağa Əhmədova məxsus birmərtəbəli 2 otaqdan ibarət evdə güclü yanğın baş verib. Hadisə yerinə Zərdab rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı isə alınıb.Yanğından sonra evə baxış keçirilərkən ev sahibinin gəlini, 29 yaşlı Pərvanə Əhmədova  və onun övladı, 9 yaşlı Gülayə Əhmədlinin yanmış meyitləri aşkar edililib. Meyitlər aidiyyatı üzrə təhvil verilib. Pərvanə Əhmədovanın kiçik övladı, 7 yaşlı Gülməmməd Əhmədli  və onun nənəsi Gülayə Əhmədova ağır yanıq xəsarətləri ilə Bakıya çatdırılıb. Yaralılar 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.  Hadisə zamanı evdə olan azyaşlıların babası Ağabala Əhmədov isə yüngül xəsarət aldığı üçün ona ilkin tibbi yardım göstərilib. İlkin ehtimala görə, yanğına odun sobasında yaxud elektrik naqillərində baş verən qısa qapanma səbəb olub. Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.
Cümə axşamı, 17 Fevral 2022 19:09

Şəkidə qanunsuz parklanma...

Şəkinin əksər ərazilərində, xüsusilə də mərkəzi küçələrdə, nəqliyyatın sıxlıq təşkil etdiyi ərazilərdə qanunsuz parklanmalar var. Hətta dayanma-durma nişanının düz altında avtomobillər sıraya düzülür. Təbii ki, bu da digər nəqliyyat vasitələri və eləcə də piyadalar üçün çətinlik yaradır.
Polisin qanunsuz olduğunu dediyi ərazilərə bələdiyyə rəsmi icazə verib. Belə görünür, qurumlar bir-birindən məlumatsız işləyir.Ümid edirik ki, məsələ bu sujetdən sonra öz həllini tapmış olacaq...
Şəkidə bir çox yerlərdə dayanma durmanın qadağan olunması ilə bağlı nişanların olmasına baxmayaraq sürücülər həmin ərazilərdə avtomobillərini saxlayaraq yollarda süni hərəkət sıxlığı yaradırlar.  Əksər sürücülər qanunsuzluq etdiklərinin fərqindədirlər, ancaq başqa yollarının olmadığını deyirlər. Ancaq problem bununla da bitmir. Belə ki, Şəkinin mərkəzi və hərəkət sıxlığının çox olduğu yollarda hər addımbaşı süni dayanacaqlar və özlərini bu dayanacaqların sahibləri kimi aparan el sözü ilə desək “parkovşiklər”lə də qarşılaşmaq mümkündür. Avtomobillərin parklanma ehtiyacından süni istifadə edərək bunu gəlir mənbəyinə çevirən və qanunsuz parklanma yerləri təşkil edənlərsə rəsmi icazələrinin olduğunu deyir. 2022-ci ildə Şəki şəhəri ərazisində  dayanma-durma qaydlarını pozan sürücülərə qarşı 290 protokol tərtib olunub. Polis əməkdaşları qanunsuz parklanma ilə məşğul olan şəxslərə qarşı müvafiq qaydada tədbirlərin həyata keçirilməsi üçün sərt addımlar atacaq.  Qeyri-qanuni parklanma yeri yaradan hüquqi və ya fiziki şəxslər, eləcə də dayanma-durma qaydalarına əməl etməyənlər məsuliyyətə cəlb ediləcək.
Cümə axşamı, 17 Fevral 2022 11:23

Hacı dayının nəvələri 4-cü Bölüm

461 -dən səhifə 466

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S