Super User
Çimnaz Sultanova: Bu axırıncı dəfədir ki, Turalnan efirə çıxıram! | Həyat Tərzi 21.04.2023
Təqaüdçülər arasında II Respublika Şahmat Turniri keçirilir…
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Dövlət Sosial Müdafiə Fondu pensiya və sosial müavinət alan şəxslər arasında II Respublika Şahmat Turnirinə start verib. Turnirin növbəti seçmə mərhələsi Şəkidə baş tutub. Şəki-Qax-Zaqatala regionu üzrə yarışda iştirak etmək üçün 70-ə yaxın pensiyaçı qeydiyyatdan keçib. Yarışın ən yaşlı iştirakçısı 82 yaşlı Niyazi Yusifov olub. Maraqlı və gərgin mübarizə şəraitində, İsveçrə sistemi üzrə keçirilən yarışın 1 saylı Şəki-Zaqatala Regional Filialı üzrə qalibi 67 yaşlı təqaüdçü Oqtay Həmidov olub. Seçim mərhələsində uğur qazanan iştirakçılar yarımfinal və finalda iştirak edəcəklər. Qeyd edək ki, turnirdə yarışmaq üçün DSMF-nin yaşı 50-dən yuxarı olan 1500-ə yaxın benefisiarı qeydiyyatdan keçib.
Şəhid ailələrinə iftar verilib…
Şəkidə müqəddəs Ramazan bayramı ərəfəsində Rayon İcra Hakimiyyətinin dəstəyi, Şəki 1 saylı Mediasiya Təşkilatının təşkilatçılığı ilə şəhid ailələri üçün iftar verilib. İftarda icra hakimiyyətinin əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və şəhid ailələri iştirak ediblər. Çıxış edənlər bildirib ki, bir neçə il əvvələ qədər hər Ramazan ayında torpaqlarımızın işğaldan azad edilməsi üçün dualar edilib, məclislərdə tezliklə bayramı azad Şuşada, Laçında, Kəlbəcərdə keçirmək arzulanırdısa, artıq üç ildir ki, Azərbaycan xalqı Ramazan bayramını qalib xalq olaraq qeyd edir. Vurğulanıb ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin vacib istiqamətlərindən biridir. Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhuna dualar oxunub.