Bu gün bizə miras qalan müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin şah əsəridir. Daim inkişafda olan, yenilənən, çiçəklənən Azərbaycan məhz Ümummilli liderin ideyaları, tövsiyələri sayəsində yüksəliş yolunda inamla irəliləyir. 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə keçirilən silsilə tədbirlərdə bu fikirlərə diqqət çəkilib. 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Zaqatalada keçirilən tədbirdə ilk öncə müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Ardınca keçiirlən tədbirdə 1993-cü ilin iyun hadisələrindən bəhs edən sənədli film nümayiş edilib. Tədbirdə çıxışlar zamanı qeyd olunub ki, hər bir xalqın tarixində böyük əhəmiyyət daşıyan elə günlər var ki, onun gələcək həyatını müəyyən edən böyük başlanğıcın əsası məhz həmin günlərdə qoyulur. Bu baxımdan tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, xalqına arxa və dayaq olan dahi şəxsiyyət – ümummilli lider Heydər Əliyevdir. Qaxda da 15 iyun-Milli Qurtuluş Günü münasibətiilə tədbir keçirilib. İştirakçılar ilk öncə şəhərin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışını Azərbaycanın ən yeni tarixində uğurlu mərhələnin başlanğıcı kimi dəyərləndiriblər. Heydər Əliyevin yaratdığı siyasi xəttin İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb. Qəbələdə də Milli Qurtuluş günü münasibəti ilə ümumrayon tədbiri keçirilib. Tədbirdə rayon rəhbərliyi, idarə və təşkilatların nümayəndələri , eləcə də rayon ictimaiyyəti iştirak edib. Tədbir iştirakçıları Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Qeyd olunub ki, milli dövlətçiliyimizin, onun suverenliyinin qorunub saxlanılmasına Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlətin şanlı tarixini yaradan ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində nail olunub. Ağsuda 15 iyun-Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçrilib. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-film nümayiş etdirilib. Çıxış edənlər vurğulıayıb ki, taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirib. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alaraq yenidən qurduğu və qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edib. Bayram tədbirləri axşam saatlarında konsert proqramları ilə davam edib.