Super User
"Həyat Tərzi"ndə Hüseyn Bakılı, Fatma Mahmudova və Nigar Tofiqqızı ilə bol gülüş 23.02.2023
Eşitməyən qalmasın 23.02.2023
Uşaqlarda şiddətli qarın ağrılarının səbəbi və müalicəsi | Həkimcanlı 23.02.2023
Əli Mirəliyevlə Qala qəsəbəsindəyik... | Kim var, kim yox?
Nahara az qala - Yarma Plovunun hazırlanması 23.02.2023
Nə qədər Azərbaycan var, mən də varam
“Heydər Əliyev İli” ilə əlaqədar olaraq Şəkidə Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib. Əvvəlcə ümummilli liderin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla anılıb. Ardınca keçirilən tədbirdə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Çıxış edənlər ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna xidmətlərdən danışıblar. Bildirilib ki, Ulu öndərin rəhbərlik etdiyi dövrdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Vurğulanıb ki, tədbirlərdə deviz kimi istifadə olunan Heydər Əliyevin “Nə qədər ki Azərbaycan var, mən də varam!” kəlamı müasir Azərbaycanın timsalında öz təsdiqini tapır və müdrik dövlət xadiminin ideyalarının əbədiyaşar olduğunu təsdiqləyir. Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib.
Mediasiya haqqında maarifləndirici tədbir keçirilib…
Şəki Dövlət Regional Kollecində "Mediasiyanın gənclər arasında təbliği" mövzusunda maarifləndirici görüş keçirilib. Tədbirdə çıxış edənlər görüş zamanı gənclərimizə mediasiyanın anlayışı, mediasiya proseduru, işin mediasiyaya yönəldilməsi, işgüzar gənclərimizin biznes və digər sahələr üzrə mübahisələrinin mediasiya yolu ilə həllinin faydalarından danışıblar. Görüşdə mediasiya institutu haqqında ətraflı məlumat və tövsiyələr verilib, gələcəkdə mediasiya sahəsinin perspektivli peşə sahəsi olduğu vurğulanıb. Mediasiyanın gələcək perspektivləri barədə danışılıb. Sonda gənclərin sualları cavablandırılıb, mediasiya sahəsində təklif və tövsiyələri dinlənilib.
Güclü külək fəsada yol açıb…
Şimal-qərb bölgəsində güclü külək əsir. Qəbələdə külək bəzi fəsadlar da törədib.Qəbələ şəhər 1 saylı tam orta məktəbin dam örtüyü uçub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Güclü küləyə görə müəyyən müddət elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Səhər saatlarında güclü külək nəticəsində Şəkinin Qoxmuq kənd sakini Habil Hacıməmmədova məxsus yaşayış evinin də çardaq hissəsi uçaraq qonşu həyətə düşüb. Əraziyə kənd bələdiyyəsinin nümayəndələri baxış keçirib. Dəyən ziyan müəyyənləşdirilib.
Şəhid Toğrul Nağıyevin xatirəsi əbədiləşdirilib…
Şəkidə 8 nömrəli orta məktəbdə Vətən müharibəsi şəhidi Toğrul Nağıyevin adına rəqs dərnəyinin açılışı olub. Tədbirdə şəhid anaları, qazilər, məktəbin pedaqoji heyyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edən qonaqlar Vətən uğrunda öz qanı və canını heçə sayan qəhrəman oğullarımızın göstərdiyi şücayətdən daışıblar. Ardınca qonaqlara Vətən müharibəsində şəhid olan oğullarımıza aid videoçarx nümayiş etdirilib. Onu da qeyd edəki ki, şəhid Toğrul Nağıyev rəqqas olub. Toğrul Nağıyev oktyabrın 13-də Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhadətə yüksəlib. O, elə doğulub boya-başa çatdığı Şəki şəhərində dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qazın təzyiqi niyə “oynayır”?
Şamaxının ən böyük yaşayış masivlərindən biri olan 48A məhəlləsinin sakinləri 2 ilə yaxındır ki, evlərində qorxu içində yaşayırlar. Səbəbsə məskunlaşdıqları ərazidə qazın təyziqinin aşağı olması və tez-tez artıb-azalmasıdır. Sakinlər deyir ki, mənzillərinə mavi yanacağın stabil verilməməsi xüsusilə də soyuq havalarda və gecə saatlarında onların həyatı üçün hər gün təhlükə yaradır. Sakinlər iddia edir ki, qarlı-yağışlı havalarda qaz o qədər aşağı təyziqlə verilir ki, qurğuların suyu belə qızdırmağa gücü çatmır. Yemək bişirmək, evi qızdırmaq problemə çevrilib. Belə olan halda məcburiyyət qarşısında elektrik enerjisindən istifadə edirlər ki, bu da, maddi cəhətdən sakinlərin cibinə ziyan vurur. Bu cür vəziyyətdə belə aylıq ödənişlərini gecikdirmədiklərini deyən sakinlər dəfələrlə problemlə bağlı AZƏRİQAZ-a müraciət ediblər. Ancaq indiyədək heç bir nəticə olmayıb. "Azəriqaz” İstehsalat Birliyindən də problemdən xəbərdar olduqlarını təsdiqlədilər. Qalır verilən vədin icrasına nail olmaq və sakinləri bu problemdən xilas etmək.