Super User

Super User

Çərşənbə, 22 Fevral 2023 21:49

Güclü külək fəsada yol açıb…

Şimal-qərb bölgəsində güclü külək əsir. Qəbələdə külək bəzi fəsadlar da törədib.Qəbələ şəhər 1 saylı tam orta məktəbin dam örtüyü uçub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Güclü küləyə görə müəyyən müddət elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Səhər saatlarında güclü külək nəticəsində Şəkinin Qoxmuq kənd sakini Habil Hacıməmmədova məxsus yaşayış evinin də çardaq hissəsi uçaraq qonşu həyətə düşüb. Əraziyə kənd bələdiyyəsinin nümayəndələri baxış keçirib. Dəyən ziyan müəyyənləşdirilib.

Şəkidə 8 nömrəli orta məktəbdə Vətən müharibəsi şəhidi Toğrul Nağıyevin adına rəqs dərnəyinin açılışı olub. Tədbirdə şəhid anaları, qazilər, məktəbin pedaqoji heyyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edən qonaqlar Vətən uğrunda öz qanı və canını heçə sayan qəhrəman oğullarımızın göstərdiyi şücayətdən daışıblar. Ardınca qonaqlara Vətən müharibəsində şəhid olan oğullarımıza aid videoçarx nümayiş etdirilib. Onu da qeyd edəki ki, şəhid Toğrul Nağıyev rəqqas olub. Toğrul Nağıyev oktyabrın 13-də Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhadətə yüksəlib. O, elə doğulub boya-başa çatdığı Şəki şəhərində dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Çərşənbə, 22 Fevral 2023 21:22

Qazın təzyiqi niyə “oynayır”?

Şamaxının ən böyük yaşayış masivlərindən biri olan 48A məhəlləsinin sakinləri 2 ilə yaxındır ki, evlərində qorxu içində yaşayırlar. Səbəbsə məskunlaşdıqları ərazidə qazın təyziqinin aşağı olması və tez-tez artıb-azalmasıdır. Sakinlər deyir ki, mənzillərinə mavi yanacağın stabil verilməməsi xüsusilə də soyuq havalarda və gecə saatlarında onların həyatı üçün hər gün təhlükə yaradır. Sakinlər iddia edir ki, qarlı-yağışlı havalarda qaz o qədər aşağı təyziqlə verilir ki, qurğuların suyu belə qızdırmağa gücü çatmır. Yemək bişirmək, evi qızdırmaq problemə çevrilib. Belə olan halda məcburiyyət qarşısında elektrik enerjisindən istifadə edirlər ki, bu da, maddi cəhətdən sakinlərin cibinə ziyan vurur. Bu cür vəziyyətdə belə aylıq ödənişlərini gecikdirmədiklərini deyən sakinlər dəfələrlə problemlə bağlı AZƏRİQAZ-a müraciət ediblər. Ancaq indiyədək heç bir nəticə olmayıb. "Azəriqaz” İstehsalat Birliyindən də problemdən xəbərdar olduqlarını təsdiqlədilər. Qalır verilən vədin icrasına nail olmaq və sakinləri bu problemdən xilas etmək.

Şəkinin Yeni Göynük kənd ümumi orta məktəbində də Beynəlxalq Ana dili günü münasibəti ilə tədbir keçirilib. Çıxış edənlər ana dilinin milli kimliyin əsasını təşkil etdiyini və mentalitetin, azərbaycan təfəkkürünün ötürülməsində əhəmiyyətindən danışıblar. Xatırladılıb ki, ana dilini düzgün bilmək, dilin qayda və qanunlarına riayət etmək hər bir vətəndaşın borcudur. Rəsmi hissədən sonra şagirdlərin ana dili mövzusu ilə bağlı hazırladıqları müxtəlif səhnəciklər nümayiş etdirilib, şeirlər səsləndirilib.

Çərşənbə, 22 Fevral 2023 13:20

Meşə ərazisində yanğın…

Şəkinin Aşağı Göynük kəndində meşə ərazisində yanğın baş verib. Hadisə nəticəsində 500 kvadrat metr ərazidə yerləşən xırda ağaclar və kol-kos yanıb. Hadisə yerinə dərhal Şəki Yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb edilib. Alovun qarşısı daha da genişlənmədən alınıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik bilinmir. Faktla bağlı araşdırma aparılır.

Çərşənbə axşamı, 21 Fevral 2023 19:48

Şəhidin xatirəsi anıldı…

Şəhidlərimizin unudulmaması, onların gələcək nəsillərə tanıdılması məqsədilə məktəblərdə xatirə tədbirləri davam etdirilir. Şəki rayon Baş Göynük kənd 1 saylı orta məktəbində də şəhid Mayor Xəyal Məmmədovun xatirəsi yad edilib. Tədbirdə şəhidin keçdiyi şərəfli döyüş yolundan və göstərdiyi igidlikdən danışılıb. Onun həyatının yetişməkdə olan gənc nəslə nümunə olduğu vurğulanıb. Tədbirin bədii hissəsində şəhid Mayor Xəyal Məmmədovun adını daşıyan sinfin şagirdləri vətənpərvər ruhda şeirlər, mahnılar ifa edib, səhnəciklər göstəriblər.   

Çərşənbə axşamı, 21 Fevral 2023 19:35

Şamaxı Novruza hazırlaşır…

Şamaxıda Novruz bayramı ərəfəsində hazırlıq işlərinə başlanılıb. Rayonun küçə və meydanlarında, həmçinin şəhərin girişindəki dairəvi yol kənarında müxtəlif tərtibatlarda Novruz bayramı atributlarının quraşdırılması nəzərdə tutulur. Bu məqsədlə Şamaxı İncəsənət Təhsili Mərkəzinin rəssamlıq şöbəsinin şagirdlərinin iştirakı ilə baharın gəlişini özündə ehtiva edən xüsusi tərtibatla hazırlanmış kəpənəklərin rənglənməsi işləri aparılır. Uşaqların nəfis rəng çalarları ilə hazırladıqları kəpənəklər şəhərin müxtəlif istiqamətlərində müəyyən olunmuş ərazilərdə yerləşdirililəcək ki, bu da bayram ərəfəsində rayona səfər edəcək qonaqların, eləcə də rayon sakinlərinin və uşaqların zövqünü oxşayacaq.

Çərşənbə axşamı, 21 Fevral 2023 13:04

Nahara az qala - Tərəvəzli toyuq kotleti 20.02.2023

Çərşənbə axşamı, 21 Fevral 2023 11:14

Həkimcanlı - Travmatoloq-ortoped Altay Cəfərov 20.02.2023

439 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S