Super User
Artan qiymət, sabit qalan keyfiyyət…
Natəmiz döşəmələr, çırıq oturacaqlar, üfunətli kabinlər. Şəkidə nəqliyyatın əsasını təşkil edən mikroavtobusların əksəriyyəti bu vəziyyətdədir. Sərnişinlər gedişhaqlarının artırılması fonunda xidmətdə keyfiyyətin artmasını istəyirlər.Xüsusilə də şəhərdaxili marşrut avtobuslarında xidmət qiymətlə heç cür üst-üstə düşmür. Sürücülər müasir dövrlə ayaqlaşa bilməyən marşrutlarını ancaq vaxtaşırı təmizləməyi və həftəlik texniki nəzarətdən keçirməyi özlərinə borc bilirlər. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, əhaliyə keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsi qarşıda duran əsas hədəflərdəndir.
Nahara az qala - Düyü çəkməsi (Şilə plov) 15.02.2023
Qadın narkotacir tutulub…
Barəsində axtarış elan edilən qadın narkotacir Qaxda tutulub. Əməliyyat zamanı Şükufə Hacıyeva ilə qeyri-rəsmi münasibətdə yaşayan rayon sakini Ramazan Balacayev də saxlanılıb. Şəxsi axtarış zamanı qadından metamfetamin, Ramazan Balacayevdən heroin götürülüb. Onların yaşadığı evdən isə külli miqdarda heroin tapılıb. Hər iki şəxs həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduqları İran vətəndaşından onlayn yolla aldıqlarını deyib.
Kəndlərə aparan yolun təmirə ehtiyacı var…
Yenikənd və Dağ Bağırlı kəndinə gedən yol istismar müddətini uzun müddətdir ki, başa vurub. 60-cı illərdə çəkilən və o gündən indiyədək bir dəfə də olsun əsaslı təmir edilməyən, asfalt üzü görməyən yolun bir hissəsi dəfələrlə sakinlərin şəxsi vəsaiti hesabına çınqıllanıb. Amma bu tədbirlər də kifayət etməyib. 2 kəndi birləşdirən bu yolda asfalt qatının olmaması hər kəsi təngə gətirib. Xüsusilə də yağışda, qarda palçıqlı yolda məktəblilər dərsə, valideynlər isə işə gedib-gəlməkdə çətinlik çəkirlər. Rayon mərkəzindən 16 km məsafədə yerləşən bu kəndlər Şamaxı-Göylər-Padarçöl avtomobil yolu üzərində yerləşir. 2017-ci ildə Göylər kəndinin yolları yenidə qurulsa da Göylər kəndindən 2 km aralıda yerləşən Yenikənd və Bağırlı kəndlərinin yolu təmirsiz qalıb. Digər kəndlərə marşurut avtobusları işləsə də yolun bərbad olması səbəbindən avtobus və taksi sürücüləri bu kəndlərə gəlməkdən imtina edirlər. Qeyd edək ki, iki kəndi birləşdirən avtomobil yolundan 2000-mindən çox sakin istifadə edir.
Zaqatala kəndlərinin yanacaq problemi…
Zaqatalanın Dağlı kənd sakinləri əraziyə mavi yanacaq çəkilmədiyindən hələ də odun, fındıq qabığı kimi alternativ yanacaq növlərindən istifadə edir. Qış üçün yanacaq təşkil etmək əlavə əziyyət və vaxt tələb etməklə yanaşı, həm də insanları maddi cəhətdən çətinliyə salır. Sakinlərin sözlərinə görə, hər il qış mövsümündə evlərini qızdırmaq üçün 1000 manatdan çox vəsait xərcləməli olurlar. 300-500 manata aldıqları bir maşın odun cəmi bir aya yetir. Üstəlik hər ay balon qazı və elektrik enerjisi üçün də əlavə pul xərcləməli olurlar. Məsələnin həlli ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edən sakinlər əraziyə mavi yanacağın çəkiləcəyi günü səbrsizliklə gözləyirlər. Azəriqaz İB-dən isə sorğumuza cavab olaraq regionların qazlaşma prosesinin davamlı şəkildə həyata keçirildiyi bildirildi. Belə görünür, Qafqazın ətəyində yerləşən Zaqatalanın Dağlı, Gözbarax və Mamrıx kəndləri də ən azından növbəti illərdə mavi yanacağın istisinə qızına biləcəklər. O zamana kimi isə səbr etmək qalır.
“Heydər Əliyev və Gənclər siyasəti” mövzusunda konfrans…
Şəki Regional Ədliyyə idarəsi YAP Şəki təşkilatı və Gənclər və İdman idarəsi ilə birgə “Heydər Əliyev və Gənclər siyasəti” mövzusunda konfrans keçirib. İlk öncə tədbir iştirakçıları ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub, ulu öndərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev mərkəzi ilə tanış olublar. Ardınca Şəki Regional Ədliyyə idarəsində keçirilən tədbirdə çıxış edənlər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, müstəqil müasir Azərbaycanın inkişafı naminə gördüyü işlərdən danışıblar. Bildirilib ki, məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan gəncliyi vətənpərvər ruhda yetişib. Ulu Öndərin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda ümummilli liderin Ədliyyə sahəsində gördüyü işlər, Ədliyyə nazirliyinin yaradılması və inkişafı yolunda atdığı addımlar da tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Sonda ulu öndərin həyat yolundan bəhs edən qısametrajlı videoçarx nümayiş etdirilib.
Həmkəndlisinin evindən qızıl və pul oğurladı…
İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən fərdi yaşayış evindən oğurluq edilib. Gecə saatlarında evə daxil olan naməlum şəxs oradan 1500 manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıb. Rayon polis şöbəsinə məlumat daxil olduğuandan cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Keçirilmiş təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Kamran Qarayev tutularaq istintaqa təqdim edilib. Onun oğurladığı qızılların hamısı yaşadığı ünvanda gizlətdiyi yerdən maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, K.Qarayevin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Qəbələdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb…
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışında şübhəli bilinən 3 nəfər saxlanılıb. Onlardan 1 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkarlanaraq götürülüb. Şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində rayon sakini Ərəstun Osmanlı saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana və metamfetamin aşkar edilib. Saxlanılan şəxsin yaşadığı ünvana baxış keçirlərkən orada gizlətdiyi 435 qram marixuana götürülərək istintaqa təhvil verilib. Araşdırma zamanı Ə.Osmanlının üzərindən aşkarlanan 2 sellofan torbadakı marixuananı 110 manat müqabilində Samit adlı şəxsdən aldığı müəyyən edilib. Davam etdirilən əməliyyatla narkotiklərin satışı ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Samit Abdurəhmanov tutulub. Şəxsi axtarış zamanı ondan satış məqsədilə üzərində daşıdığı 15 bükümdə, yaşadığı evin həyətyanı sahəsindəki toyuq hinindən isə yarım kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilib. Samit Abdurəhmanov saxlanılan zamanı onun sərnişin qismində olduğu “VAZ-2107” markalı avtomobilin sürücüsü Tural Alıyev də şübhəli şəxs qismində saxlanılıb. Onun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən oturacağın altında gizlətdiyi narkotik vasitə olan marixuana maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Faktlarla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılanların ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması | Zamanında 13.02.2023
Kənd təsərrüfatına həsr olunmuş beynəlxalq konfras…
Rusiyanın “Şimali Qafqaz Elmi Aqrar Mərkəzi” nin və qabaqcıl bitki mühafizə dərman istehsalçı şirkətlərinin rəsmilərinin qatıldığı tədbir Agrovit Şirkətinin təşkilatçılığı ilə baş tutub. 2019-cu ildən fəaliyyət göstərən şirkətin əsas məqsədinin Azərbaycanda Kənd Təsərrüfatının inkişafına öz töhvəsini vermək olduğu qeyd edilib. Torpağın becərilməsində aqrotexniki qulluq vasitələrindən düzgün və məqamında istifadənin məhsuldarlığa birbaşa təsirindən, əkinə innovativ yanaşmaqla daha az ərazidən daha yüksək və keyfiyyətli məhsul götürməyin mümkünlüyündən danışılıb. Həmçinin əkin öncəsi torpağın tərkibində olan mikro və makro elementləri müəyyən etməklə fərdi yanaşmanın vacibliyi vurğulanıb. Həmçinin Azərbaycanda orqanik kənd təsərrüfatının inkişafı, yeni rayonlaşdırılmış arpa və buğda toxumlarının nəticələri, İqtisadi cəhətdən sərfəli məhsul istehalının ən yaxşı yolu kimi bitkilərin mühafizəsi və qidalandırılması sisteminə kompleks yanaşma, yarpaq analizi əsasında kökdən kənar yemləmənin faydaları və riskləri kimi mövzulara da toxunulub. Tədbir qarşılıqlı diskusiya şəklində davam edib.