Super User
Hamilə hansı sıxlıqda həkimə getməlidir? | Həkimcanlı 24.02.2023
Xocalı faciəsi şahidlərin dilindən…
Xocalı rayon Kosalar kəndindən məcburi köçkün edilmiş Əliyevlər ailəsi illər ötməsinə baxmayaraq, hələ də o dəhşətli hadisələrin ağrı-acısını yaşayır, dinc əhaliyə qarşı törədilən vəhşiliklərin təsirindən çıxa bilmirlər. Şəkinin Çələbixan qəsəbəsində məskunlaşan Nizami Əliyev deyir ki, hələ bu hadisələrdən illər öncə Xankəndi ipək kombinatında işləyəndə ermənilər dəfələrlə onları təhqir edərək çıxıb getməklərini istəyiblər. 90-cı illərin əvvələrində isə ermənilərin amansızlığı və cinayətlərinin sayı hər keçən gün artmağa başlayıb. O günlərə qayıdıb xatirələrini danışdıqca, müsahibimizin üzündə qəzəb cizgiləri yaranır. Onun yaşadığı Kosalara qonşuluqda yerləşən Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli, Meşəli və Qaradağlı kəndlərində erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı amansızcasına tutduğu divanın şahidi olub. Əliyevlər ailəsi hər il fevralın 25-dən 26-na keçə gecəni yata bilmədiklərini, qulaqlarından silah gurultusunun, insanların fəryad səsinin bu günə qədər getmədiyini deyirlər. Hadisələri nəql etdikcə qəhərlənən Nizami Əliyev deyir ki, faciənin səhəri günü yeznələrinin 4 yaşlı uşağı ilə girov düşdüyünü öyrənib. Kamal və qızı Afət girovluqdan Allahverdi Bağırovun sayəsində çıxarılır. Ancaq girovluqda aldığı işgəncə və travmalardan Kamal 2 il sonra dünyasını dəyişir. İbad Əliyev deyir ki, şahidi olduğu dəhşətli hadisələrdən, misilsiz vəhşiliklərdən hələ də özünə gələ bilmir. Əliyevlər ailəsi ermənilərdən qisas almaq , torpaqlarımızı azad etmək uğrunda 1994-cu ildə atəşkəsə qədər silahı əllərindən yerə qoymayıblar. Kiçik qardaşları milli qəhrəman Talib Əliyev vətən naminə şəhid olub. Vətən müharibəsində qazanılan qələbəsindən sonra onların yaralı, qisas hissi ilə alışıb yanan ürəklərinə su çilənib və gələcəyə ümidlə baxırlar. Ordumuzun parlaq zəfərindən sonra həmin torpaqlara qayıtmaq üçün gün sayırlar. Ailə üzvlərini, yaxınlarını, yurd-yuvasını itirərək köçkün həyatı yaşamağa məcbur edilmiş Xocalı sakinləri 31 ildir ki, beynəlxalq qurumların soyqırımına hüquqi qiymət verəcəkləri və faciəni törədənlərin cəzalanağı, ədalətin bərqərar olacağı günü gözləyir.
Meyxanaçı Samirədən sevgi etirafı | İndi Başla 23.02.2023
"Həyat Tərzi"ndə Hüseyn Bakılı, Fatma Mahmudova və Nigar Tofiqqızı ilə bol gülüş 23.02.2023
Eşitməyən qalmasın 23.02.2023
Uşaqlarda şiddətli qarın ağrılarının səbəbi və müalicəsi | Həkimcanlı 23.02.2023
Əli Mirəliyevlə Qala qəsəbəsindəyik... | Kim var, kim yox?
Nahara az qala - Yarma Plovunun hazırlanması 23.02.2023
Nə qədər Azərbaycan var, mən də varam
“Heydər Əliyev İli” ilə əlaqədar olaraq Şəkidə Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib. Əvvəlcə ümummilli liderin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla anılıb. Ardınca keçirilən tədbirdə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Çıxış edənlər ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna xidmətlərdən danışıblar. Bildirilib ki, Ulu öndərin rəhbərlik etdiyi dövrdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Vurğulanıb ki, tədbirlərdə deviz kimi istifadə olunan Heydər Əliyevin “Nə qədər ki Azərbaycan var, mən də varam!” kəlamı müasir Azərbaycanın timsalında öz təsdiqini tapır və müdrik dövlət xadiminin ideyalarının əbədiyaşar olduğunu təsdiqləyir. Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib.
Mediasiya haqqında maarifləndirici tədbir keçirilib…
Şəki Dövlət Regional Kollecində "Mediasiyanın gənclər arasında təbliği" mövzusunda maarifləndirici görüş keçirilib. Tədbirdə çıxış edənlər görüş zamanı gənclərimizə mediasiyanın anlayışı, mediasiya proseduru, işin mediasiyaya yönəldilməsi, işgüzar gənclərimizin biznes və digər sahələr üzrə mübahisələrinin mediasiya yolu ilə həllinin faydalarından danışıblar. Görüşdə mediasiya institutu haqqında ətraflı məlumat və tövsiyələr verilib, gələcəkdə mediasiya sahəsinin perspektivli peşə sahəsi olduğu vurğulanıb. Mediasiyanın gələcək perspektivləri barədə danışılıb. Sonda gənclərin sualları cavablandırılıb, mediasiya sahəsində təklif və tövsiyələri dinlənilib.