Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Qış mövsümündə yollayışların endirim kampaniyası” çərçivəsində təhsil işçilərinin sağlamlığını və asudə vaxtlarını daha səmərəli təşkil etmək məqsədilə endirimli yollayışlar təqdim edib.
Ölkənin bütün region və bölgələrini əhatə edən kampaniya çərçivəsində Şəkidən təhsilin inkişafına və gənc nəslin təlim-tərbiyəsinə töhfə verən 17 təhsil işçisi Bakı şəhərində yerləşən sanatoriyalara yola salınıb. Təklif olunan paketlərə 3 gecəlik, 1 həftəlik, 2 həftəlik və 14 günlük ambulator xidmətlər, eyni zamanda gündə 3 dəfə qidalanma, elektro terapiya, vanna, istilik terapiyası, işıq terapiyası və fizioprosedur kimi müalicələr daxildir. Qeyd edək ki, üzvlər yollayış paketinin ümumi dəyərinin yalnız 15%-ni ödəyir.
Bazar ertəsi, 16 Dekabr 2024 16:19