İndiyədək Qarabaldır kəndinin yaxınlığından qaz xətti keçsə də kəndin qazlaşması aparılmayıb. Artıq Azəriqaz İstehsalat Birliyi kəndin qazlaşdırılmasına başlayıb. Kənddə ümumi uzunluğu 7250 metr qaz boru xəttlərinin çəkilişi nəzərdə tutulub ki, həmin xəttlərdən 1850 metri artıq icra olunub. 500 nəfərdən çox sakini olan Qarabaldır kəndində yanacaq növü kimi əsasən odundan istifadə olunub. Hətta bəzən sakinlər həyətlərindəki meyvə ağaclarını kəsməli olub. Sakinlər qazın çəkilməsinin ekoloji cəhətdən də mühüm olduğunu bildirirlər. Yaxın 3 ay ərzində Qarabaldır kəndində qazlaşdırma işləri yekunlaşacaq. Beləliklə, 500 sakin mavi yanacaqdan istifadə edə biləcək.