Super User
“Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin təbliği və öyrənilməsi”
Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası bu dəfə futbol vasitəsi ilə…
Zaqatalada “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Dövlət Agentliyi”nin dəstəyi ilə "MƏDİNƏ" Humanitar Yardım Təşkilatı ictimai birliyinin təşkilatçılığı, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, "FENCİNG" İdman Klubu və "DİFAİ" Futbol Klubunun iştirakı ilə "Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası və sosial vəziyyətinin yaxşılaşdırılması layihəsi" çərçivəsində rayonunun müharibə iştirakçıları ilə görüş keçirilib. Görüşün əsas məqsədi müharibə iştirakçılarının yer aldığı komandaların yaradılmasıdır. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Ulu Öndər" Kuboku yarışının keçirilməsi və 2023/2024-cü il mövsümündə Region liqası yarışlarına qatılmasıdır. Rayonu təmsil edəcək bu komanda qalib olduğu halda gələcəkdə daha yüksək turnirlərdə iştirak edə biləcək. Müharibə itirakçılarından ibarət futbol komandasının bir ilk olduğunu da tədbir iştirakçıları vurğulayıb.
Xocalı faciəsinin qurbanları anılıb…
Şamaxıda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb. Rayon İcra Hakimiyyətinin , hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri soyqırım abidəsini ziyarət edib, abidə önünə tər çiçəklər düzərək faciə qurbanlarının əziz xatirəsinə ehtiramlarını bildiriblər. Ardınca keçirilən tədbirdə Xocalı qətliamının dünyada tanıdılması istiqamətində görülən işlərdən söhbət açılıb. “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2009-cu ildə irəli sürülmüş Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işlərinin uğurla davam etdirildiyi vurğulanıb. Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında keçirilən tədbirdə isə Xocalı qətliamının yalnız Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilən tarixi cinayət olduğu vurğulanıb.
Zaqatala rayonunda da rəsmi şəxslər, Xocalı sakinləri və ictimaiyyət nümayəndələri soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər. Tədbirdə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin dəhşətli nəticələri, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Zaqatalada məskunlaşmış Xocalıdan olan ailələrə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardımı göstərilib.
Şəkidə məskunlaşan Xocalı 1 saylı orta məktəbin şagirdlərinin o dəhşətli günlə bağlı təsəvvürlərini özündə əks etdirən əl işlərinin, rəsm əsərlərinin Şəki Dövlət rəsm qalereyasında nümayiş olunduğu sərgi keçirilib. Tədbirdə vurğulanıb rəşadətli ordumuz erməni faşistlərindən günahsız Xocalı qurbanlarının intiqamını 44 günlük müharibədə alsa da hələ də dünya ictimaiyyəti tərəfindən bu qanlı cinayətə hüquqi qiymət verilməyib. Rəsmi hissədən sonra ədəbi bədii kompozisiya təqdim edilib.
Lənkəran Dövlət Dram Teatrında isə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş edilib. Kompozisiyada Xocalı soyqırımının Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğu göstərilib, eyni zamanda yetişməkdə olan nəslin vətənpərvər ruhda tərbiyə olunması, vətənə, torpağa məhəbbət hissi aşılanıb. Erməni fitnəkarlığından bəhs edən səhnə əsəri dünyanı dolaşan müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyir.
“EMEDIA GROUP” Media təşkilatı və "BAKI GƏNCLƏR MƏRKƏZİ" nin birgə təşkilatçılığı Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunmuş "XOCALI TARİXİN QAN YADDAŞI" adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd Xocalı Soyqırımını Azərbaycan gənclərinə aşılamaq və onlarda dahada Vətənpərvər gücü artırmaqdır. Tədbirdə bildirilib ki, Xocalı soyqırımının 31-ci ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir. Gecəyə qatılan iştirakçılar Xocalı Soyqırımı haqqında xatirələrini danışıblar və hər biri qeyd edib ki, erməni terrorunun nəticəsində vəhşicəsinə qətlə yetirilən soydaşlarımızın qanı yerdə qalmayacaq. Sonda Heykəltaraş və Rəssamlar "XOCALI TARİXİN QAN YADDAŞI" adlı sərgidəki iştiraklarına görə sertifikatlarla təltif edilib.
Xanəndə Sevinc Sarıyeva və Aşıq Fəzail Miskinli "Xeyirli axşamlar"da 27.02.2023
Həkimcanlı - Artroz hansı səbəblərdən yaranır? Artroz nədir? 27.02.2023
Həyat tərzi - Lamiyyə Ələkbərqızı efirdə çətin anlar yaşadı 27.02.2023
İndi başla - “Zona” Azərbaycan komediya filminin kadrarxası məqamları 27.02.2023
Piyadaların üzərinə su siçradan sürücülər cərimələnəcək…
Su və ya palçığın yolda piyadalara qəsdən sıçradılması qeyri-etik davranış olmaqla yanaşı, həm də inzibati məsuliyyət yaradır. Lakin əksər sürücülərin bundan xəbəri yoxdur. Bu cür hərəkətlərə yol verən sürücülər barəsində hər bir vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Belə olan təqdirdə həmin sürücü barəsində protokol tədbiq edilərək cərimə yazılacaq. Əlbəttə asfalt örtüyü yararsız olan yollar Şəkidə az deyil. Bu yollarda analoji halların baş verməsi bəzən qaçılmaz olur. Ancaq hər bir sürücü sükan arxasında ilk olaraq öz mədəniyyətini və peşəkarlığını göstərir. Unutmayaq ki, yol özü də bir mədəniyyətdir. Çalışaq öz mədəniyyətimizi daim qoruyaq.
Yaşayış evi külə döndü…
Balakəndə 4 otaqlı fərdi yaşayış evi yanıb. Hadisə gecə saat 3:30 radələrində rayonun Katex kəndində, 61 yaşlı Müxlisət Həbilovaya məxsus evdə baş verib. Yanğın baş verən vaxt ev sahibi mənzildə tək olub. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən və Zaqatala rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Buna baxmayaraq, ümumi sahəsi 160 kvadratmetr olan 4 otaqlı ev içərisindəki əşyalarla birlikdə yanıb. Yanğının hansı səbəbdən başverməsi hələ ki, məlum deyil.
Xocalı soyqırımı! – Şahid:“ Ermənilər balaca qardaşımın əlinə atəş açdılar...”
O, nə biləydi ki, ömrünün ən gözəl çağında, 14 yaşında insanlığa sığmayan bəşəri müsibətin şahidi olacaq. Xocalı sakini Mürvət Məmmədovun taleyinə uşaqkən qocalmaq, Vətən həsrəti, şəhid ata, qardaş acısı ilə yaşamaq yazılıb. Özünün dediyi kimi, nə uşaqlıq görüb, nə də gənclik...Xocalı faciəsinin şahidlərindəndir. Onlar əslində bir böyük ailə olaraq Qərbi Azərbaycanın Göyçə mahalında yaşayırdılar. Ermənilərin vəhşi siyasəti onları qaçıb Xocalıya sığınmağa vadar etmişdi.Xocalıya gələnə qədər bir qardaşı Göyçədə şəhid olmuşdu. Qərbi Azərbaycanda bir qardaşını şəhid verən Məmmədovlar ailəsi qaçqın düşərək Xocalı şəhərinə pənah gətiriblər. Lakin tale bu şəhərdə də həmin ailənin üzünə gülmür, erməni vəhşiliyi onları burda da rahat buraxmır. Çox keçmir ki, Xocalı soyqırımının canlı şahidlərinə çevrilirlər. 4 ay blokadada qalan şəhərin sakinləri təslim olmaq istəmir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya növbəti dəfə hücum edir. Hücum zamanı Mürvətin ailəsinin yaşadığı evə əl qumbarası atılır. Nəticədə anaları Nurxanım Məmmədova və azyaşlı uşaqları, o cümlədən Mürvət ayağından yaralanır. Ermənilər onları evə doldurub yandırmaq qərarı verəndə ölümdən son anda bir rus zabitinin köməyi ilə xilas olurlar. Həmin gecə Mürvətin ailəsi ermənilər tərəfindən girov götürülür. Xocalı dəhşətlərini gözləri ilə görən, yaşayan, ermənilərin törətdikləri qırğınların şahidi olan Mürvət söyləyir ki, girovlar çoxaldıqca ermənilər seçim edir, qız-gəlinə işgəncə verirdilər.....Əhməd adında kişinin başını kəsib futbol oynadılar. Mürvət ailəsiyilə birlikdə bir həftə Əsgəranda polis təcridxanasında saxlanılıb. Təcridxanadan atası ilə iki böyük qardaşını ermənilər Mürvət gildən ayıraraq başqa yerə aparıblar. O gündən sonra Mürxət uzun illər qardaşları və atasının nə ölüsündən, nə dirisindən xəbər tutmayıb. Taki 2008-ci ilə qədər. Qeyd edək ki, Mürvət əsirlikdən azad olduqdan sonra anası ilə birlikdə Qobustan rayonunda məskunlaşıb. Şuşalı bir qızla evlənib və iki övladı var. Ailə üzvlərini, yaxınlarını, yurd-yuvasını itirərək köçkün həyatı yaşamağa məcbur edilmiş Mürvətin yeganə təsəllisi 44 günlük savaşda rəşadətli ordumuzun qazandığı parlaq qələbə ilə qisaslarının az da olsa alınmasıdır. İndi onun bir arzusu var səmasında acımasızcasına qətlə yetirilən günahsız ruhların dolaşdığı Xocalıya geri dönmək.