Şəkidə 6 nəfərə məxsus fərdi yaşayış evi yanıb. Yanğın Şəki şəhəri Cəfər Cabbarlı küçəsində ümumi sahəsi 400 kv/m olan yaşayış evlərində qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində binanın yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.