Super User
Psixoloq Aytac Əhmədova "Həkimcanlı"da 25.02.2023
Sarıbaşda qarın hündürlüyü 1 metrə çatır…
Son günlər ölkənin şimal-qərb bölgəsində yağışlı, qarlı və şaxtalı hava şəraiti höküm sürür. Ötən gün səhər saatlarından başlayaraq bölgəyə fasilələrlə qar yağır. Axşam və gecə saatlarında qarın yağması intensivləşib. Havanın hərarəti dağlıq ərazilərdə mənfi 10 dərəcəyə qədər aşağı düşüb. Oğuza 15 sm, Şəkiyə 20 sm, Qaxa 30 sm, Zaqatalaya 10 sm hündürlüyündə qar yağıb. Dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerləşən Qax rayonunun Sarıbaş kəndində isə hazırda qarın hündürlüyü 1 metrə çatır. Qar və şaxta səbəbindən kəndə gedən yol bağlanıb, əlaqə kəsilib. Hazırda bölgənin dağlıq və dağətəyi kəndlərinə qarın yağması davam edir.
Xocalı dəhşətləri faciə şahidinin dilindən…
Ermənilərin amansız qəddarlıqla törətdiyi qanlı qətliamdan sonra Zaqatalaya pənah gətirən 57 yaşlı Xocalı sakini Oruc Zeynalov həmin günü heç cür unuda bilmədiyini, o dəhşətli gecədə tanıdığı, sevdiyi, qohum əqrabalarının ölümünü gözləriylə gördüyünü deyir. Qətlə yetirilən günahsız insanların imdad çağırışları və bu çığırtıları, ah naləri bir dəfəlik susduran silah partlayış səslərinin qulaqlarından getmədiyini söyləyir müsahibimiz üzündə iztirab və qəhərlənmiş gözlərlə. Kədəri və nifrəti boğazında kilidlənən Oruc Zeynalov müsahibəni dayandırır. İtirdikləri yaxınlarını ağlayacaq bir qəbirləri belə yoxdur Zeynalovlar ailəsinin. Həmin qanlı gecədə ailə 2-si azyaşlı uşaq olmaqla 7 üzvünü itirib. Oruc Zeynalovun 2 qardaşından isə hələ də bir xəbər yoxdu. Xocalı faciəsində yaralı da olsa xilas olan ana balalarının ölü və ya dirisindən bir xəbər alacağı, Vətənə qayıdacağı günü gözləsə də Qələbə sevincini görmədən bir neçə il öncə dünyasını dəyişib. Zeynalovlar ailəsi Xocalı soyqırımını törədən erməni cinayətkarlarının cəzalanacağı günü səbrsizliklə gözləyirlər.