Super User

Super User

Bazar ertəsi, 20 Fevral 2023 19:44

Yeni direktorun təyinatı etirazla qarşılandı…

Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəbdə aksiya keçirən müəllim və valideynlər fevralın 17-də məktəbə yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzifəsindən azad edilməsini tələb edirlər. Kollektiv yeni direktorun idarəçiliyindən narazıdır. İddia edilir ki, direktor vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlayıb. Digər bir səbəb kimi isə, imtahandan yüksək balla keçmiş məktəbin gənc müəllimlərindən birinin bu vəzifəyə təyin edilməməsi göstərilir. Qeyd edək ki, bu təyinada qədər Məhnurə İsmayılova Şəhid Valeh Bədəlov adına Aşağı Tala kənd 1 saylı tam orta məktəbində direktor işləyib. Məktəbin əvvəlki direktoru isə çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Şamaxıda evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb. Polis əməkdaşları rayon sakini Zamir İmanovu elə “iş başında” yaxalayıb. Onun bu ilin yanvar və fevral aylarında 4 evdən dəyəri 1600 manatdan artıq olan-mobil telefonlar, fotoaparat, planşet, televizor avadanlıqları və digər əşyaları oğurladığı bilinib. Bundan başqa o, ifadəsində yaşayış olmayan daha 40-a yaxın mənzili soyduğunu da deyib. Oğurladıqlarını isə yaşadığı evin tövləsində gizlədib. Zamir İmanov tutularaq istintaqa təhvil verilib. 

Bazar ertəsi, 20 Fevral 2023 19:05

Küçə heyvanları zəhərlənib?

Zaqatalanın Qala Düzü adlanan ərazisində, Sülh küçəsi 7 saylı binanın həyətində və zirməsində kütləvi şəkildə ölən heyvanlar böyük səs küyə səbəb olub. İtlərin ağzından köpük gələrək can verməsi zəhərlənmə iddialarını gücləndirib. Məsələ heyvansevərləri də ciddi narahat edib. Onlar bununla bağlı aidiyyatı qurumlara müraciət ünvanlayıblar. Hazırda rayon ərazisində sahibsiz heyvanlar üçün sığınacaq tikən Nizami Ramazanov isə itlərin kütləvi şəkildə artmasının qarşısını almaq üçün  qısırlaşdırma metodundan istifadə edilməli olduğuna diqqət çəkir. Aqrar Xidmətlər Agentliyinin Zaqatala Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsindən verilən məlumata görə, itlərdən nümunələr götürülərək yoxlanılması üçün laboratoriyaya göndərilib. Baytarlar itlərin xəstəlik nəticəsində öldüyü qənaətindədir. Hazırda xəstəliyin ev və küçə heyvanları arasında yayılmaması üçün rayon ərazisində profilaktiki tədbirlərə start verilib.

Qəbələdə narkotikin təsiri altında maşın idarə edən sürücü həbs olunub. Polis əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “VAZ-2107”-nin sürücüsünü saxlayıb. Yoxlama zamanı məlum olub ki, Ağdaş sakini Nurlan Səmədov avtomobili sürücülük hüququ olmadan idarə edib. Bundan başqa, onun narkotik vasitənin təsiri altında olmasına dair şübhə yaranıb. Tibbi müayinədən keçirildikdən sonra sürücünün marixuana istifadə etdiyi məlum olub. Nurlan Səmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 5 sutka inzibati həbs olunub.

Vəndam qəsəbəsində evlərdən birindən kişi meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları çağırılıb. Meyitə baxış keçirilib. İlkin araşdırmadan sonra Sumqayıt sakini 38 yaşlı Ziya İbrahimovun dəm qazından zəhərlənib öldüyü ehtimal edilib. Şamaxı sakini 31 yaşlı Turanə Abdullayeva isə ağır vəziyyətdə rayon Diaqnostika mərkəzinə yerləşdirilib.Hər iki şəxsin qonaq gəldikləri Vəndam qəsəbəsində kirayə qaldıqları evin hamam otağında tapıldığı məlum olub. Faktla bağlı araşdırma aparılır.

Cümə, 17 Fevral 2023 21:10

Yaşayış evində yanğın…

Zaqatalada fərdi yaşayış evində yanğın olub. Hadisə səhər saatlarında rayonun Qımır kəndində  Həzrətəli  Mahmudova məxsus, ümumi sahəsi 130 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində baş verib.Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin   Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Evin 32 kv/m-lik bir otağının tavanı, həmin hissəyə aid dam örtüyü və otaqda olan əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Fakt araşdırılır.

Zaqatalada itlərin kütləvi zəhərlənərək öldürülməsinə dair görüntülər yayılıb. Görüntülərdə şəhər ərazisindəki yaşayış komplekslərindən birinin həyətində və binanın zirzəmisində yaşayan itlərin cəsədləri tapılıb. İtlərin kütləvi zəhərlənməsi ilə bağlı polis şöbəsinə daxil olmuş məlumat, eləcə də sosial şəbəkələrdə yayılan videogörüntülər əsasında rayon polis şöbəsində araşdırmalara başlanılıb. 

440 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S