Super User
Tarixi məhəllənin suya həsrət sakinləri...
Şəkinin tarixi qoruq ərazisində yerləşən Gəncəli məhəlləsinin su problemi də tarixi qədər qədimdir. Məhəllənin çox hissəsində su-kanalizasiya sistemi yenidən qurulsa da nədənsə Şəfiqə Axundova küçəsi bu proseslərdən kənarda qalıb. Nəticədə sakinlərin özlərini içməli su ilə təmin edə bilmələri üçün iki seçimləri var: ya 30 manat verib bir maşın su gətizdirməli, ya da ətraf küçələrdən daşımalıdırlar. Başqa çarəsi olmayan sakinlər qatlaşdıqları bu iztirabın sonunda yekunlaşması istəyi ilə döymədikləri qapının qalmadığını deyirlər.
35 ildir ki, Gəncəli məhəlləsində yaşayan Nüşabə Hüseynova deyir ki, su olmadığından hamı kimi o da aşağı küçədən su daşımaq məcburiyyətindədir. Məsafənin uzaq olmasına baxmayaraq o, əlində su qabı ilə gündə ən azı 3,4 dəfə su daşıyır. Uzun illər davam edən susuzluq problemi sakinləri çıxılmaz vəziyyətə salıb. İndiyədək bu əraziyə dağdan gələn Taclıq bulağından gələn suyun da qurumağa başlaması problemi bir az da kəskinləşdirib. Şəki Sukanal idarəsinin rəsmisi isə sakinlərin iddiası ilə razılaşmır.
Sukanal idarəsinin təqdim etdiyi ilə sakinlərin də, bizim də çəkiliş zamanı gördüyümüz reallıq arasında kəskin şəkildə fərq var. Qurum rəsmisindən fərqli olara bizim gördüyümüz boş su qabları, əlində vedrə su daşıyan sakinlər idi. Beləliklə verilən vədlərə inansaq yaxın bir ildə məsələ həllini tapacaq. Nə deyək, biz də ümid edək ki, bu vəd də əvvəlki vədlər kimi unudulmaz və yaxın bir il ərzində sukanal idarəsinin dedikləri reallığa çevrilər, gəncəli məhəlləsinin sakinlərinin su həsrəti sonunda bitər.
Eşitməyən qalmasın 02.03.2023
Nahara az qala - Sobada Lavaş ruleti 02.03.2023
Həyat Tərzi - Sərxan Kərəmoğlu: "Məni yeni müğənnilərlə birlikdə efirə dəvət etməyin!" 02.03.2023
Gülyanaq Məmmədova: " Məftun Səfərli Arif Babayevdən sonra gələn güclü xanəndələrdəndir" 02.03.2023
Şamaxıda avtoxuliqanlıq edən sürücü həbs olunub...
Rayon sakini Ramil Babayev idarə etdiyi “Opel” markalı avtomobillə şəhərin küçə və prospektlərində davamlı olaraq qaydaları kobud şəkildə pozub. Avtoxuliqanlıq hərəkətləri edib. Yol Patrul Xidmətinin əməkdaşları onu saxlayaraq şöbəyə gətiriblər. Ramil Babayev barəsində protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati həbs olunub. Sürücülük hüququ isə 1 il müddətinə məhdudlaşdırılıb.
Zaqatalada 3 aylıq körpə ölüb...
Hadisə bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında baş verib. Rayonun Aşağı Tala kənd sakini, Rəfail Rəşidov bu gün səhər saat 6 radələrində xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq 3 aylıq körpə xəstəxanaya daxil olduqdan bir qədər sonra həyatını itirib. Körpənin bir müddət əvvəl Bakı şəhərindəki xəstəxanalardan birində əməliyyat olunduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Torakal Cərrah Fəyyaz Məmmədov - Ölümə aparan yol elektron siqaret! | Həkimcanlı 02.03.2023
Paralimpiya Oyunları çempionu İlham Zəkiyev məktəblilərlə görüşüb...
Şəkinin Qoxmuq kənd tam orta məktəbində Paralimpiya Oyunları çempionu İlham Zəkiyev ilə görüş keçirilib. Görüşdə məktəbin şagirdləri və müəllim kollektivi iştirak edib. Sinifləri gəzib, şagirdlərlə söhbət edən paralimpiyaçı daha sonra məktəbin akt zalında məktəblilərlə uğurlarının sirlərini bölüşüb.
O, vurğulayıb ki, uğura aparan yol zəhmətkeş , əzmkar olmaqdan keçir. Çıxışlardan sonra İlham Zəkiyev məktəblilərin maraqlandığı sualları cavablandırıb. Sonda şagirdlər şeirlər söyləyib və Xudayar təsnifini ifa ediblər. Qeyd edək ki, görüş Vətən müharibəsi şəhidi Kazım Məmmədsalahovun qızının İlham Zəkiyevə yazdığı məktub əsasında baş tutub.
Qax çaylarında sel təhlükəsi...
Mənbəyini Böyük Qafqaz dağlarından götürən, Qax rayonu ərazisindən axan ən böyük çay olan Kürmük çayı yaz aylarında gursululuğu ilə seçilir. Yazqabağı ətraf ərazilərdə yaşayan sakinlər həyəcan təbili çalır. Regionun ən dağıdıcı çaylarından sayılan Kürmük çayında vaxtında qabaqlayıcı tədbirlər görülməzsə, çayın sahilindəki yaşayış məntəqələri su altında qala bilər. Bəs, bu təhlükənin qarşısını almaq üçün aidiyyatı qurumlar nə iş görür?
Qax rayonunun İlisu və Sarıbaş kəndləri istiqamətində yüksək dağlardan mənbəyini götürən Kürmük çayı xüsusilə yaz-yay aylarında təhlükəli olur. Yağan leysan yağışları əriyən qar suları ilə birləşərək selin əmələ gəlməsinə səbəb olur. Çayın sahilində yerləşən yaşayış məntəqələri isə subasma təhlükəsi ilə üz-üzə qalır. Belə təhlükəylə ən çox üzləşən isə Əlibəyli və İbaxlı kəndləridir.
Sakinlər sel təhlükəsinin aradan qaldırılması üçün tədbirlərin görülmasini vacib sayır. Çünki, elə ötən il gələn selin qarşısı çox çətinliklə alınıb. Qax rayon Suvarma Sistemləri İdarəsindən isə bildirildi ki, sel təhlükəsini yaradan təkcə yağıntı deyil. O cümlədən gətirmə materiallarla çay yatağının dolması da sellərin məcradan çıxmasına səbəb olur. Ona görə də bəndqurma işləri ilə yanaşı, məcratəmizləmə və suvarma kanallarında lil təmizləmə işləri də aparılır. İdarə rəsmisi onu da bildirdi ki, bəndqurma və məcratəmizləmə işləri ilboyu rayonun digər çaylarında da aparılacaq. Beləliklə sel təhlükəsi aradan qalxacaq.