Super User

Super User

Çərşənbə, 08 Fevral 2023 17:37

4 otaqlı ev külə döndü…

Şamaxıda yanğın olub. Hadisə Şamaxı şəhərində, 48A məhəlləsində yerləşən evdə qeydə alınıb.  Rayon sakini Mahirə Cəbiyevaya  məxsus 4 otaqlı evdə baş verən yanğının söndürülməsinə FHN-in Şamaxı yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın söndürülüb, xəsarət alan olmayıb.

Çərşənbə, 08 Fevral 2023 17:18

Zaqatala küçələri işıqlandırılır…

Layihə çərçivəsində Zaqatala şəhərinin bütün ərazisini tam əhatə etməklə 106 küçə ağıllı işıq sistemi ilə təchiz olunacaq. Aparılan işlər çərçivəsində 54 km uzunluğunda yeraltı naqillər çəkilir, hər 30 metrdən bir olmaqla 1800 ədəd işıq dirəyi quraşdırılır. Küçələrin işıqlandırılması ilə paralel olaraq yol və səkilərin abadlaşdırılması işləri də aparılır. Ötən ilin sonlarından start verilən layihəyə yaxın günlərdə tam başa çatdırılacaq.

Çərşənbə axşamı, 07 Fevral 2023 17:17

Qanunsuz ov edən şəxs müəyyən edilib…

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyri-qanuni ovçuluqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir keçirilib. Rayon sakini Vahid Qurbanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə birgə saxlanılaraq şöbəyə gətirilib. Nəqliyyat vaitəsinə baxış keçirilərkən ovlanmış çöl donuzu aşkar edilib, Vahid Qurbanovun özündən isə müvafiq sənədləri olmayan tüfəng götürülüb. Faktla bağlı araşdırma aparılır.

İsmayıllıda yol qəzası olub. 18 yaşlı Nicat Gözəlli idarə etdiyi "VAZ 21 012" markalı avtomobillə hərəkətdə olarkən "Opel" markalı maşınla toqquşub. Hadisə zamanı sürücü Nicat Gözəlli ağır bədən xəsarətləri alıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan yaralı FHN-nin xilasediciləri tərəfindən çıxarılıb. Nicat Gözəlli təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

 

Bazar ertəsi, 06 Fevral 2023 20:36

Yaşayış evində partlayış baş verdi…

Qəbələdə yaşayış evində partlayış baş verib.Hadisə səhər saatlarında şəhər sakini İlkin Zəkəriyevə məxsus 130 kv m-lik yaşayış evində qeydə alınıb.İlkin ehtimala əsasən, partlayış məişət qazının sızması nəticəsində baş verib. Partlayış dalğasının zərbəsindən mətbəxin pəncərə çərçivələri yerindən çıxıb, soyuducunun arxa hissəsində elektrik naqilləri və mətbəxin lambirindən ibarət divar üzlüyü yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bazar ertəsi, 06 Fevral 2023 14:37

Eldən Çölə - Tovuzda qarlı təbiət qoynunda

Bazar ertəsi, 06 Fevral 2023 13:35

"İndi başla"da musiqi ziyafəti 06.02.2023

443 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S