Super User
Təbiət "qatilləri" iş başında...
100-dən çox ağac kəsilib, bəziləri isə yandırılıb....Görüntülər Şamaxı rayonunun Muğanlı kəndindəki meşə massivindəndir. Kəsilən və ya yandırılan ağacların əksəriyyəti əsasən palıd və vələs ağaclarıdır. Kənd sakinlərinin iddiasına görə ağaclar kəsilirək, kömür istehsalı üçün aparılır. Ağacların kəsilməsi ilə təbiətə vurulan ziyan bir tərəfə, həm də həmin ağaclardan qanunsuz olaraq kömür hazırlayırlar ki, nəticədə ekologiyaya da ziyan vurulur. Sakinlər məsələ ilə bağlı aidiyyatı qurumlara da müraciət etdiklərini bildiridiər. Elə biz də kəndə yayılan tüstünün izinə düşərək üz tutduq kömür yandırıldığı iddia edilən həmin evə. Ev sahibi isə kömür deyil, saman yandırdıqlarını bildirdi. Məşədən odun kəsilməsinə gəlincə, ev sahibi bu iddianı da rədd etdi. Hər halda ortada fakt var ki, ağaclar kəsilib, yandırılıb, meşə fonduna ciddi ziyan dəyib. Çəkiliş apardığımızdan xəbər tutan Ekalogiya və Təbii sərvətlər nazirliyinin regional idarəsinin əməkdaşları da əraziyə gəlib, kəsilən ağaclara baxış keçirdilər. Nazirliyin sözçüsü İradə İbrahimova isə məsələylə bağlı araşdırmalara başlanıldığını və nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcəyini bildirdi.
Bəyəndilli dana külləmə | Yeməli 27-ci veriliş
Balakən mətbəxinin məşhur sac yeməyi Maxara | Kəndimiz 40-cı veriliş
Azerbaycanin gozel gushelerinden biri Oguzda | Tur-İzim
Şəkidə avtomobil yanıb…
Bu gün günorta saatlarında Şəki şəhərinin Giləhli məhəlləsində 34 yaşlı Şəhriyar Kərimova məxsus "Mercedes" markalı avtomobil yanıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
30 ildir bala həsrəti çəkən ana Vüsala qovuşacaqmı?
Könüllü olaraq, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərə qatılan İlhamdan ailəsi cəmi bir dəfə məktub ala bilir. 1992-ci ildə İlham Cəbrayılovun ailəsinə övladının itkin düşdüyü xəbəri verilir. Atası İbrahim kişi bala dərdi ilə dünyadan köçür. 30 ildir balasından xəbər gözləyən Fatma ananın indi tək arzusu İlhamın qəbrinin olmasıdır. Deyir ki, əgər Fərruxdan tapılan insan qalıqları içərisində oğlunun da nəşi olsa qurban kəsəcək. Onun nəşini isə atasının yanında dəfn edəcək. Aşkarlanan insan qalıqları nəinki Cəbrayılovlar ailəsinin hətta digər ailələrin də həsrətini vüsala qovuşduracaq. Artıq gözləri yollarda qalmayacaq.
Fındıqlı kəndi mavi yanacaqla təmin olunur…
Rayon mərkəzindən 20 kilometr aralıda yerləşən Zaqatalanın Fındıqlı kəndi uzun müddətdir ki, mavi yanacağa həsrətdir. 1000-ə yaxın əhalisi olan bu kəndin sakinləri evi isitmək üçün odun və ya fındıq qabığı almalı olurdular. Azəriqaz İstehsalat birliyi tərəfindən aparılan işlərin ilin birinci yarısında yekunlaşdırılması planlaşdırılır. Zaqatala rayonunun 166 təsərrüfatdan ibarət Fındıqlı kəndinə mavi yanacağın verilməsi ilə rayonun qazlaşdırılma faizi 77 faizə çatacaq.