Qırx dörd günlük Vətən müharibəsində qanından, canından keçərək şəhidlik zirvəsinə ucalan Qax rayonunun igid oğullarından biri də Turaclı kəndindən olan Ramil Abbasovdur. Şəhidin doğum günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin təhsil aldığı məktəbin kollektivi, ailə üzvləri və kənd sakinləri onun məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra Turaclı kəndində şəhid Ramil Abbasovun xatirəsinə inşa edilmiş abidənin açılışı olub. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, şəhid Ramil Abbasovun şərəfli döyüş yolundan danışıb, şəhidlərin əziz xatirəsinin heç zaman unudulmayacağını vurğulayıblar. Azərbaycan Ordusunun çavuşu olan Ramil Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. 3 övladı bizlərə əmənat qalan şəhidin, üzünü görmədiyi 3 cü övladı şəhidin adını daşıyır.