Super User

Super User

Cümə axşamı, 04 May 2023 17:04

Aqta istehlakçıları maarifləndirib…

AQTA-nın mütəxəsisləri Şəkidə supermarketlərdə qida israfçılığına yol verməmək üçün istehlakçılar arasında maarifləndirici reyd keçirib. Alıcılar böyük maraqla AQTA əməkdaşlarının tövsiyyələrini dinləyiblər. Reyd zamanı istehlakçılara israfın əsas səbəbini və onun qarşısını necə almaq lazım olduğunu özündə əks etdirən bukletlər paylanılıb. Marifləndirmənin aparılmasında əsas məqsəd, tələbatdan daha çox ərzaq almamaq, ərzaqları soyuducuda xarab etməmək və yaxud yeyə biləcəyindən daha böyük qida porsiyası götürməməkdən ibarət olub.


Ötən gün Qəbələdə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında dünyasını dəyişənlərdən biri polis əməkdaşı olub. Hadisə rayonun Nohurqışlaq kəndi ərazisində baş verib. “Tofaş” markalı avtomobilin sürücüsü, 31 yaşlı İlham Cabbarlı kənd ərazisində hərəkətdə olarkən sükana nəzarəti itirib. İdarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. Polis əməkdaşı olan sürücü və 32 yaşlı sərnişin Hafiz Mahmudlu hadisə yerində dünyasını dəyişib. Avomobildə olan digər sərnişin Elşad Əzizli isə xəstəxanaya yerləşdirilib.  

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçirib. İran vətəndaşına kuryerlik edən şəxs tutulub. Saxlanılan şəxsin sərnişin kimi əyləşdiyi avtomobildən “Kalaşnikov” avtomatı, 40 patron və 1 daraq tapılıb. Tutulan Bakı sakini olan keçmiş məhkum Baba Sadıqovdur. O, həmin silah-sursatı Qobustandan Bakıya apararkən ələ keçib. Faktla bağlı Qobustan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Çərşənbə, 03 May 2023 16:48

4 kənd su altında qalacaq…

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçirib. İran vətəndaşına kuryerlik edən şəxs tutulub. Saxlanılan şəxsin sərnişin kimi əyləşdiyi avtomobildən “Kalaşnikov” avtomatı, 40 patron və 1 daraq tapılıb. Tutulan Bakı sakini olan keçmiş məhkum Baba Sadıqovdur. O, həmin silah-sursatı Qobustandan Bakıya apararkən ələ keçib. Faktla bağlı Qobustan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Çərşənbə axşamı, 02 May 2023 20:32

Şahmat turniri keçirilib…

Balakəndə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş açıq şahmat turniri keçirilib. Hənifə kəndində keçirilən açılış mərasimində rayon rəsmiləri, eləcə də idman ictimaiyyəti iştirak edib. Çıxışlar zamanı Ulu Öndərin şərəfli ömür yolundan, bütün sahələrlə yanaş, idmanın, o cümlədən şahmatın inkişafına göstərdiyi qayğıdan danışılıb. Turnirdə ilk 3 yeri tutan şahmatçılar mükafatlandırılıb.

Çərşənbə axşamı, 02 May 2023 19:58

Dolu fəsadlara səbəb oldu...

Zərər ən çox rayonun Dağ Göylər,Dağ Bağırlı,Nüydü və Ovçulu kəndlərində qeydə aınıb. Axşam saatlarında başlayan güclü yağış və dolu 4 saata yaxın davam edib. Bağırlı kəndində sakinlərinə məxsus bəzi fərdi yaşayış evlərinə ciddi ziyan dəyib evləri, tövlələri su basıb. Həyətyanı sahələrin hasarları uçub. Sel təsərufatlara da ziyan vurub. Bağlarda meyvə ağacaları, əkin sahələri su altında qalıb.Güclü yağış səbəbindən yollar yararsız hala düşüb, avtomobillər yolda qalıb. Kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Şamaxının Dağ Göylər kənd sakini Toğrul Salahova məxsus yaşayış evinin tavanı çöküb, ev əşyalarla bilrikdə suyun içində qalıb. Sel suları Şamaxının Göylər kəndinin avtomobil yolunda qəzaya səbəb olub. Axşam saatlarında yağan güclü yağış yol kənarında olan çay daşlarını yuyaraq asvalt örtüyünün üzərinə töküb. Bu da səhər saatlarında yoldan xəbərsiz olan sürücünün qəza törətməsinə səbəb olub. Hadisə nəticəsində 5 nəfər ağır xəsrarət alıb. Hazırda rayon dəyən zərərin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Bu gün günorta saatlarında isə İsmayıllı şəhərinə və qonşu kəndlərə güclü küləklə müşaiyət olunan dolu yağın. Təxminən 5 dəqiqə yağan dolu əkin sahələrinə, meyvə bağlarına, evlərin dam örtüyünə ziyan vurub, rayona elektrik enerjisinin verilişində fasilə yaranıb. Külək bir neçə ağacı aşırıb, bəzi tikililərin dam örtüyünü qoparıb, elektrik naqilləri və rabitə xətləri qırılıb. Hazırda leysan yağışı davam edir. İmişlidə də şimşək və yağışla başlayan təbiət hadisəsi rayonun bir neçə kəndində doluya çevrilib.  Rayonun Otuziki, Çahar, Gövhərli, Qaradonlu, Qaralar və digər kəndlərinə düşən dolu 30-35 dəqiqəyə qədər davam edib. Təbiət hadisəsi zamanı fəsad və ziyan qeydə alınmayıb.

 

433 -dən səhifə 641

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S