Yolumuz İsmayıllının şəhər mərkəzindən xeyli aralıda yerləşən, ucqar dağ kəndi Yuxarı Zərnavayadı.Bu kəndə yetişmək üçün Muğanlı-İsmayıllı yolundan ayrılıb Lahıc istiqamətində asfalt yolnan hərəkət edirik. Bir qədər sonra rahat yol daşlı-kəsəkli torpaq yolla əvəzlənir. Zərnava kəndinə gedən piyada yolu İsmayıllıda məşhur olan asma körpüdən keçir. İlin bütün fəsillərində yerli və xarici turistlərin diqqətini cəlb edən,iki dağın arasında, Girdiman çayının üzərində, uzunluğu 74 metr olan bu körpüyə turistlər adrenalin körpüsü, Zərnava sakinləri isə həyat körpüsü kimi baxırlar. Asma körpünün əsas mahiyyəti yuxarı Zərnava kənd sakinlərinin çay üzərindən keçməklə avtomobil yoluna çıxışını təmin etməkdir. Girdiman çayından maşınlar keçə bilməyəndə asma körpüyə üz tutan piyadalar təxminən 6-7 kilometr yol qət etməlidilər ki, mənzil başına çatsınlar. Kəndə gedən yol o qədər enişli-yoxuşludur ki, buranı ancaq "Niva" və "UAZ" markalı avtomobillə getmək mümkündü. Bu avtomobillər də günün hər saatında kənddən çıxmırlar. Çıxırlarsa da bu, sürücülərə baha başa gəlir. Sinxron-titr sürücü Zamiq Ağayev Bu girdiman çayı gediş gəlişdə maşınları sıradan çıxardır.Maşın suya girdi sonra çıxırıq trasa sürə bilmirik maşını.O qədər su gedir tərkibinə. Sakinlərin bələdçiliyi ilə nağıllarda olduğu kimi dərədən,təpədən keçərək dağlar qoynunda yerləşən kəndə çatırıq. Əhalisi əsasən tatlardan ibarət olan, füsunkar təbiətə məxsus bu kəndin turizm potensialı əlverişli olsa da qonaqları çox az olur. Ara-sıra bura kəndin keçilməz yollarını adlaya bilən turistlər gəlirlər. Sakinlər yoldan başqa kəndin digər problemlərinə də diqqət çəkir. Kəndin tarixində təbii qazı, telefon xəttləri olmayıb. Burada internet bir yana, mobil telefonun dalğası belə zorla tutur. Kənd ərazisində bir tək klub olub ki, o da tarixə qovuşub. Klub binası hər an aşmaq təhlükəsilə üz-üzədir. Evlərin isidilməsi üçün isə sakinlər quru oduncağa möhtacdılar. Bu səbəbdən bütün həyətlərdə balta ilə odun doğrayan kənd sakini görmək mümkündür. İsmayıllı rayon icra hakimiyyətinin yerli nümayəndəsi kəndin bir sıra problemlərinin müvafiq qurumlar qarşısında qaldırdıqlarını desə də konkret işlərə nə vaxt başlanılacağının sual altında olduğunu bildirdi. 100 dən çox evi 1000-ə yaxın əhalisi olan Zərnava kənd sakinləri problemlərin tezliklə həll olunacağı ümidi ilə yaşayır.