Şəkidə millət vəkilləri və vəkillər kollegiyası birgə vətəndaşların qəbulunu həyata keçirib. Qəbulda Milli Məclisin deputatları Cavanşir Feyziyev, Əli Məsimli və Vüqar İskəndərovun köməkçisi, Vəkillər kollegiyasının vəkilləri və Şəki şəhər icra hakimiyyətinin nümayəndələri vətədaşların müraciətlərini dinləyiblər. Vətəndaşlara hüquqi məsələlərdə üzləşdikləri problemlərlə bağlı məsləhətlər verilib. Hüquqla bağlı olmayan müraciətlər aidiyyatı qurumlara yönləndirilib. Millət vəkillərinin təşəbbüsü ilə keçirilən qəbula maraq yüksək olub. Millət vəkilləri bu cür qəbulların daha efektiv və tez bir zamanda problemlərin həllinə kömək etdiyini bildiriblər. Həmçinin vətəndaşların hüquqi biliklərinin az olması bu cür qəbullarda vəkillərin iştirakının əhəmiyyətini göstərib.