Zaqatala rayonunun Suvagil kənd sakini 21 yaşlı Nuru Mülkümzadə fİziki məhdudiyyətlərinə baxmayaraq, sevgi, həyat dolu bir gəncdir.Ən böyük arzusu ali təhsil almaq olan Nurunun oymaçılıq sahəsindəki əl işləri görən hər kəsi heyran edir. 14 yaşından oymaçılığın şəbəkə,oyma,yandırma və qrabyura uslubundan istifadə edən gəncin bir müddət öncə Zaqatala Ailə və uşaqlara dəstək mərkəzində sərgisi də təşkil edilib. Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr, eləcə də aztəminatlı ailələrin övlaları üçün loqoped, psixoloji dəstək,ünsiyyət terapiyası,İnkişaf etdirici məşğələ,aktiv terapiya xidmətləri,kompüter,dil,əl işi və toxuculuq kursları fəaliyyət göstərir.Bununla belə,xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmənin cəmiyyətə inteqrasiyasında ailə amili önəmli rol oynayır. Mütəxəssislər daun sindromlu uşaqlara sevgi ilə yanaşmanın, onlara sevgi bəxş edərək həyatda tutmağın vacibliyinə diqqət çəkir. Bu uşaq və yeniyetmələrə sevgi və qayğı ilə yanaşmaq, onları cəmiyyətə qazandırmaq hər kəsin borcudur.