Super User

Super User

Çərşənbə axşamı, 12 Aprel 2022 20:42

Prezidentin fəaliyyətinə həsr olunan tədbir keçirilib...

Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər rəhbərliyi, əmək kollektivləri , ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər. Bildirilib ki,  Dövlətimizin başçısının 2003-cü ildə ilk dəfə Prezident seçilməsindən ötən 15 il ərzində Azərbaycan misilsiz inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyevin uzaqgörən siyasəti və həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmlənib. Diqqətə çatdırılıb ki, 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, valyuta ehtiyatları 26,6 dəfə artıb. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektoru da əsaslı şəkildə inkişaf edib. Diqqətə çatdırılıb ki, qeyd olunan illər, eyni zamanda, Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. 2016-cı ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərib. 2020-ci ildə Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan böyük Qələbə ölkəmizin qəti Zəfərini təmin edib. 2018-ci ildə "Biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq" tezisi 2020-ci ildə "Qarabağ Azərbaycandır!" şüarına çevrilərək Azərbaycanın müstəqilliyinin dönməz, əbədi olduğunu bir daha sübuta yetirib. Qeyd olunub ki, hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev ötən 19 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilib. Sonra tədbir iştirakçıları Azərbaycan Televiziyasının hazırladığı “Prezident. Təkrarsız diplomatiya” sənədli filmini izləyiblər. 

Çərşənbə axşamı, 12 Aprel 2022 20:32

Şəhidin ad günü məzarı başında qeyd olunub...

Şəhid Murad Mahmudovun doğum günündə ailə üzvləri, dostları, və kənd sakinləri Vətənin qəhrəman oğlunun məzarını ziyarət edib, ruhuna dualar oxuyub, onunla bağlı xatirələrini bölüşüblər. Məktəblilər vətənpərvər ruhda şeirlər səsləndirib. Murad Mahmudov 1995-ci ilin aprel ayında Şəkinin Çayqaraqoyunlu kəndində anadan olub. 2013-2015-ci illər arasında həqiqi hərbi xidmətini keçən igidimiz təxris olunduqdan sonra doğma kəndinə qayıtsa da torpaqlarımızın işğal altında olması ilə barışa bilmir və hərbiçi kimi yenidən Vətənə xidmətə qayıdır. Vətən müharibəsi başlayanda minlərlə vətən oğlu kimi döyüşlərə qatılan Murad Ağdərə istiqamətində vuruşub. Sərrast atıcı olan çavuş Mahmudov düşmənin onlarla canlı qüvvəsi və texnikasını məhv edib. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Mail Mahmudov da Vətən müharibəsində qardaşı ilə çiyin çiyinə Ağdərə istiqamətində döyüşüb. Ancaq tale ele gətirib ki, oktyabrın səkkizində onlar bir birilərini son dəfə görüblər. Vətən müharibəsi zamanı Mahmudovlar ailəsindən 3 qardaş - Murad, Mail və Münasib döyüşlərdə iştirak edib. Valideynləri  deyir ki, həmin günlərdə 3 zəng gözləmək ağır olsa da onlar bununla qürur duyurdular. Xatırladaq ki, 27 yaşlı qəhrəmanımız Vətən torpaqlarının işğalçılardan geri qaytarılması üçün son nəfəsinə kimi mübarizəsini davam etdirib və aprelin 3-də ağır döyüşlərinin birində yaralanaraq xəstəxanaya aparılsa da müalicəsini yarıda saxlayıb, döyüş yoldaşlarının yanına səngərə qayıdıb. Aprelin 10-da növbəti hücum əməliyyatında Talış yüksəklikləri uğrunda gedən qızğın döyüşdə qəhrəmancasına şəhid olub. Çavuş Murad Mahmudov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Cəsur Döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Qeyd edək ki, vətənin qəhrəman övladı ailəli idi. Damla və Aysu adlı qızları Vətənə yadigar qalıb.

Çərşənbə axşamı, 12 Aprel 2022 11:47

Uçmuş divar təhlükə törətdi...

Şəkidə sakini Teyyub Məmmədova məxsus evin həyətyanı sahəsinin divarı torpaq sürüşməsi nəticəsində uçub. Ərazidən keçən yol bağlanıb, elektrik dirəkləri aşıb, qaz xətti zədələnib. Divarın uçması evə də ziyan vurub. Evin divarlarında çatlar yaranıb və dəmir dirəklərdən biri yerindən çıxıb. Teyyub Məmmədov evin uçmasından ehtiyyat etdiyini  deyir. Zərərçəkənin sözlərinə görə, hadisə ilə bağlı aidiyyatı qurumlara da müraciət edib. Ancaq hələlik baxış keçirən olmayıb. Qəzalı vəziyyətdə olan ev və hər an sürüşə biləcək torpaq qısa zaman ərzində tədbirlər görülməsə faciəyə səbəb ola bilər.

Çərşənbə axşamı, 12 Aprel 2022 11:32

Yol polisi reyd keçirdi, piyadalar cərimələndi...

Piyadalar arasında intizamın möhkəmləndirilməsi, xüsusilə də onların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədi ilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində reyd keçirib. Hərəkətin intensiv olduğu küçələrdə keçirilən reyd zamanı ərazidə yeraltı və yerüstü keçidlərin olmasına baxmayaraq, bəzi şəxslərin yolu müəyyən edilməyən yerlərdən keçdikləri aşkarlanıb. Bu kimi halların özləri ilə bərabər digər hərəkət iştirakçıları üçün də təhlükə yaratdığı onların diqqətinə çatdırılıb və barələrində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

İsmayıllıda özünə qarşı quldurluq edilməsi ilə bağlı polisə yalan ifadə verməyə çalışan şəxsin cinayət əməli ifşa edilib. İsmayıllı rayonu Bizlan kəndindəki restoranlardan birinin sahibi polis şöbəsinə müraciət edərək gecə saatlarında obyektdə quldurluq hadisəsinin baş verdiyini bildirib. Həmin şəxs bu barədə məlumatı orada gözətçi işləyən Yavər adlı şəxsdən aldığını bildirib. Gözətçinin dediyinə görə,maskalı naməlum şəxslər onu döyərək daha sonra Sumqayıt şəhərinə aparıb və orada avtomobildən düşürüb, yollarına davam ediblər. Gedərkən restorandakı ümumi dəyəri 5 min manata yaxın olan qədim samovarları da özləri ilə aparıblar. İsmayıllı rayon polis əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində obyektdə əslində quldurluq cinayətinin baş vermədiyi, gözətçi Yavər Məmmədovun məsuliyyətdən yayınmaq üçün belə bir plan qurduğu məlum olub. Belə ki, həmin şəxs samovarları özü oğurlayaraq Qobustan rayonunda satıb və daha sonra iz itirmək məqsədilə obyektin sahibinə guya restorana maskalı şəxslərin basqın etməsi ilə bağlı yalan məlumat verib. Onun bu planı polis əməkdaşları tərəfindən ifşa edilib və samovarlar satdığı yerlərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.  

Çərşənbə axşamı, 12 Aprel 2022 10:32

Kənd toyuğundan çevirmə | Yeməli 29-cu veriliş

Çərşənbə axşamı, 12 Aprel 2022 10:28

Narkotik alverçisi tutuldu

Zaqatalada metamfetamin alverçisi tutulub. Rayon ərazisində psixotrop maddələrin satışı ilə məşğul olan, əvvəllər bir neçə dəfə məhkum edilmiş şəhər sakini Yusif Həbilov tutulub.
 
Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı ondan sellofan torbada satış məqsədilə üzərində daşıdığı külli miqdarda psixotrop maddə olan metamfetamin aşkarlanıb.
 
Məhkəmənin qərarı ilə Yusif Həbilov barəsində həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

 

 
Çərşənbə axşamı, 12 Aprel 2022 10:03

Kanal S-lə sağlamlıq indi daha əlchatandır

Yüksək keyfiyyətli texnologiya və tibbi xidməti ilə seçilən “Kəpəz” Hospital ilə birgə həyata keçirilən layihə çərçivəsində paytaxtda fəaliyyət göstərən həkimlər, endokrinoloq İlkin Əhmədli, fizioterapevt Gülnar Əhmədli, rinoplastik Kamran İbrahimov, qastroenteroloq Rövşən İbişov və kök hüceyrə mütəxəssisi, plastik cərrah Sevinc Heydərova region sakinlərini elə Kanal S-in binasında qəbul edib, şikayətlərini dinləyib və onları müayinə ediblər. Layihənin keçirilməsində əsas məqsəd, paytaxta getmədən yerli sakinlərin xəstəliklərlə bağlı həkimlərə müraciəti və müayinəsinin əlçatanlığını təmin etmək olub. Müraciət edənlər növbəlilik prinsipinə əsasən həkim müayinəsindən keçiblər. Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 100-ə yaxın pasient peşəkar həkimlərin müayinə və məsləhətlərindən yararlana bilib. 

432 -dən səhifə 467

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S