Sentyabrın 30-u axşam saatlarında Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfərin xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Xəsarət alan kənd sakinləri 32 yaşlı Məqsəd Rzayev və 29 yaşlı Həmid Gülməmmədov xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq Həmid Gülməmmədov dünyasını dəyişib. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır. Qeyd edək ki, həlak olan Həmid Gülməmmədov Vətən müharibəsi iştirakçısıdır. Hadisə nəticəsində daha bir nəfər, 31 yaşlı İlqar Cumayev xəsarət alıb.