Super User

Super User

Çərşənbə axşamı, 23 Yanvar 2024 14:51

Saxta şokoladı yoxlama üsulu | Elə çarə 23.01.2024

Çərşənbə axşamı, 23 Yanvar 2024 12:33

Səhər dəmi 23.01.2024

Çərşənbə axşamı, 23 Yanvar 2024 11:58

Cərrah-onkoloq Emin Bayramov Həkimcanlıda 22.01.2024

Xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən şəxslər saxlanılıblar. Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Mingəçevir şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Cavid Babayev saxlanılıb. Üzərindəki bağlamadan 1 kiloqram 525 qram qurudulmuş marixuana, 175 qram tiryək, metamfetamin, “AK-74” markalı avtomat, 28 ədəd patron və 2 daraq aşkarlanıb. Araşdırma zamanı müəyyən edilib ki, C.Babayev tanışı, özünü Ramal kimi təqdim edən Səxavət Camalzadənin təklifi əsasında Oğuz rayonuna gəlib və 1000 manat qarşılığında ona deyilən ərazidən həmin bağlamanı Bakıya aparmaq üçün razılaşıb. Davam etdirilən tədbirlərlə S.Camalzadə də şübhəli şəxs qismində saxlanılıb O, ifadəsində sosial şəbəkədə tanış olduğu xarici ölkədə yaşayan narkotacir tərəfindən həmin narkotik vasitənin və odlu silahın Oğuzdan paytaxta çatdırılması təklifi aldığını, həmin təklifi də Mingəçevir şəhərində yaşayan C.Babayevə yönləndirdiyini bildirib.Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həftə içi 5 gün səhər saat 10:00-dan 12:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.

Bazar ertəsi, 22 Yanvar 2024 13:12

Səhər dəmi 22.01.2024

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində üzərində odlu silah gəzdirən Şəki şəhər sakini, əvvəllər Rusiya Federasiyasında adam oğurluqları, eləcə də digər ağır cinayətlərə görə məhkum olunmuş 40 yaşlı Ruslan Hacısəlimov saxlanılıb. Həmin şəxsin üzərindən “Makarov” markalı tapança, həmin silaha məxsus 5 ədəd patron və daraq aşkar edilərək götürülüb. Ekspertizanın rəyinə əsasən Ruslan Hacısəlimovdan götürülən silah-sursatın atəşə tam yararlı olduğu müəyyən edilib. Digər əməliyyat-istintaq tədbirləri nəticəsində isə Şəki şəhəri ərazisində silsilə oğurluqlar edən qardaşlar, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş - Əli və Məhəmməd İsaqovlar saxlanılıb. Onların mağazadan 1300 manat pul, qəbiristanlıqdan 800 manat dəyərində dəmir məhəccərlər, avtomobillərdən pul kisəsi və akkumulyatorları oğurladıqları müəyyən edilib. Araşdırma zamanı saxlanılan şəxslərin oğurladıqları dəmir məhəccərləri və akkumulyatorları satdıqları, əldə etdikləri pulu isə öz aralarında böldükləri məlum olub. Faktlarla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılanların digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır. Məhkəmənin də qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

348 -dən səhifə 641

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S