Şəki şəhərinin Salman Mümtaz küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Şəki rayon sakini 63 yaşlı Sərdar İlyasovun idarəetdiyi "Mitsubishi" markalı avtomobil yolu keçmək istəyən 57 yaşlı Səadət Abbasovanı vurub. Ağır bədən xəsarətləri alan qadın hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.