Super User
"Əhməd haradadır?"ın aktyorları 59 il sonra | Nahara az qala 25.10.2022
Şuba alıb qarajda saxlayacam | Hacı Dayının Nəvələri 25.10.2022
Hamiləlikdə ultrasəs müayinəsi niyə vacibdir?
Diş implantı risklidirmi? | Həkimcanlı 25.10.2022
Nahidə Orucova: "Teatrda səsi olmayan aktyorlara yer yoxdur!" | İndi başla 24.10.2022
YAP-ın 30 illiyi qeyd olunub...
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə partiyanın Şamaxı rayon təşkilatında təhsil işçiləri ilə tədbir keçirilib. Yeni Azərbaycan Partiyasının fəaliyyəti haqqında videoçarx nümayiş olunub. YAP partiyasının 30 illik fəaliyyətindən ətraflı bəhs olunub. Vurğulanıb ki, müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən müstəqilliyimizin qorunması, dövlətimizin dünyada layiqli yer tutması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması kimi mühüm vəzifələrin icrası istiqamətində mühüm işlər görüldüyü diqqətə çatdırılıb. Sonda partiya sıralarına yeni qəbul olan şəxslərə üzvülük vəsiqələri təqdim olundu. Sinxron/Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı
Divarları bəzəyən gözəllik...
Bura yerli və xarici turistlərin ən çox üz tutduqları Şamaxı Piriqulu yolunun Məlhəm kəndindən keçən ərazisidi. Rayon mərkəzindən bir qədər arılıda olan bu ərazinin füsünkar təbiəti,dahi şairlərimizin rəsmləri ilə vəhdət təşkil edib. Divarlarlara həkk olunan dahi Azərbaycan ədiblərinin,yazıçılarının,görkəmli mütəfəkkirlərin rəsmləri görənlərin marağına səbəb olub. Yerli sakinlərin sözlərinə görə Şamaxıda doğulub boya başa çatan,yaşayıb ayaradan dahi Azərbaycan şairlərinin rəsmlərinin Məlhəm kəndi ərazisində çəkilməsi təsadüfi deyil.Belə ki Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən biri olmaqla yanaşı həm də elm ocağı kimi tanınır. Burada yetişən saysız alimlər, şairlər və elm adamları saymaqla bitməyəcək qədər çoxdur. Tarixdə Məlhəm Azərbaycana paytaxtlıq edən Şamaxının ən böyük elm ocaqlarından biri olub. Şamaxı rayon icra hakimiyyətinin təşəbbüsü ilə peşəkar rəssamların ortaya çıxardığı bu gözəllik görənləri valleh edir. Bu həm də sözə, şairə, ədəbiyyata verilən dəyərin bariz nümunəsidir.
“Nə? Harada? Nə zaman?” intellektual oyunun zona mərhələsi keçirilib…
Şəkidə isə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun zona turnirinə start verilib. Şəki ilə bərabər eyni anda 7 bölgədə də yarış keçirilib. Oyun 11 rayonun adını daşıyan komandalardan ibarət olub. Yarışda 18-30 yaş aralığındakı gənclər öz intellekt səviyyələrini sınayıblar. Hər komandada 6 nəfər gənc yarışıb. Sonda 7 bölgənin hər birində zona qalibi olaraq 3 komanda finala çıxacaqki, toplamda 21 komanda olacaq. Qalib komandalar növbəti turda Bakıda keçiriləcək final öyunda 1-cilik uğrunda mübarizə aparacaqlar. Onu qeyd edəki, Şəkidə keçirilən zona qalibləri Oğuz, Qax, Mingəçevir rayonları olub.