Super User

Super User

Qaxda böyük türk şairi və filosofu Yunus Əmrəyə həsr olunmuş “Yunus Əmrə sözünün Türk Özünüdərkinə təsiri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Türk Ağsaqqalları Birliyinin, Rayon İcra Hakimiyyətinin rəsmiləri, tanınmış alimlər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Oncallı kəndində Yunus Əmrənin məzarı ziyarət edilib. Daha sonra Heydər Əliyev Mərkəzində təşkil olunan konfransda böyük türk xalqının yetirdiyi ən parlaq simalardan birinə - Yunus Əmrəyə həsr olunan elmi-praktik konfransın Qaxda keçirilməsinin heç də təsadüf olmadığı, sufi şerinin görkəmli nümayəndəsinin dəfn edildiyi ehtimal olunan məzarlardan birinin də rayonun Oncallı kəndi ərazisindəki Oğuz qəbiristanlığında olduğu diqqətə çatdırılıb. Həmçinin "Türk birliyinin möhkəmləndirilməsi tarixi zərurət kimi" mövzusunda məruzə edilib. Konfrans Yunus Əmrənin yaradıcılığına aid bədii proqramla başa çatıb.
Yarmarkanın keçirilməsində məqsəd Şəki-Zaqatala regionunda yaşayan fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaqdır. Yarmarkada 20-dək təchizatçı, bank, lizinq və sığorta şirkəti öz məhsul və xidmətlərini fermerlərə təqdim ediblər. Tədbirdə texnikaların işinin nümayişi olub, viktorinalar keçirilib. Yarmarka fermerlər tərəfindən böyük maraqla qarşılanıb.
Şənbə, 22 Oktyabr 2022 08:50

Toy məclisində kütləvi zəhərlənmə

Şəkinin Baş Göynük kəndi ərazisində keçirilən toy məclisində qidadan zəhərlənmə baş verib. Belə ki, axşam saatlarında bir qrup vətəndaş özlərini piss hiss edərək təcili yardıma müraciət edib. Rayonun Baş Göynük kənd sakinləri - 61 yaşlı Səyarə Aslanova, 69 yaşlı Rəcəb Əhmədov, 50 yaşlı Bahar Cəfərova, 64 yaşlı Hidayət Aydəmirov, 60 yaşlı Sürayə Cəfərova, 47 yaşlı Vüsalə Aslanova və 64 yaşlı Əsgər Əsgərov Şəki Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Müraciət edən şəxslərə ilkin tibbi yardım göstərilib, onlardan müvafiq nümunələr götürülüb. Həkim müdaxiləsindən sonra vəziyyətləri stabilləşən Baş Göynük kənd sakinləri ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan Ordusunun mayorü Xəyal Məmmədov ölümünün ikinci ildönümündə məzarı başında anılıb. Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları ilə yanaşı, digər şəhid valideynləri də iştirak ediblər. Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb,ruhuna dualar oxunub. Vətən müharibəsində göstərdiyi igidliklə tarix yazan şəhidin döyüş yoldaşları onun qəhrəmanlıqlarından qürurla danışıb, igid mayorla bağlı xatirələrini bölüşüblər. Şəhidllərimizin unudulmaması, onların gələcək nəsillərə tanıdılması məqsədilə məktəblərdə də xatirə tədbirləri keçirilir. Şəkinin 5 və 12 nömrəli məktəblərində Mayor şəhid Xəyal Məmmədovun adını daşıyan sinfin sagirdləri də onun xatirəsini yad ediblər. Məktəblilər vətənpərvər ruhda  şeir və mahnılar ifa edib, şəhid Xəyal Məmmədovun keçdiyi şərəfli döyüş yoluna nəzər salıblar. Qeyd edək ki, şəhid mayor Xəyal Məmmədov Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub, yaralı döyüş yoldaşlarını xilas edib.  Xəyal Məmmədov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub. Ölümündən sonra "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda",  "Cəbrayılın, Qubadlının və Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Ailəli olan Şəhidimizin iki qız övladı Vətənə əmanət qalıb. 

 

Cümə axşamı, 20 Oktyabr 2022 18:28

Aşan ağac binanı işıqsız qoydu...

Havaların qeyri-sabit keçməsi nəticəsində bu gün səhər saatlarında Şəkinin Sabit Rəhman küçəsi ərazisində yerləşən çinar ağacı qırılaraq komunikasiya xəttlərinin üzərinə düşüb. Ağırlığa tab gətirməyən elektik və rabitə dirəkləri aşıb. Nəticədə ətraf ərazilərdə yaşayan sakinlər elektrik və rabitə xidmətindən məhrum qalıblar. Aidiyyatı qurumlar tərəfindən qəzanın fəsadları aradan qaldırılıb, yeni dirəklər basdırılıb və daha sonra enerjinin verilişi bərpa olunub. 

Şəkidə Heydər Əliyev mərkəzində Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin təşkilatçılığı ilə müxtəlif regionlarda xidmət aparan abidə mühafizəçiləri bir araya gəliblər. 70- dən çox abidə mühafizəçiləri mədəni irsin qorunması və bacarıqlarının inkşaf etdirilməsi mövzusunda təşkil olunan təlim kursunda iştirak ediblər. İştirakçılara, tarixi abidələrdə monitorinqlərin aparılma qaydaları, təmir-bərpa və eləcə də çətin coğrafi şəraitdə yerləşən abidələrdəki mühafizəçilərə həkim məsləhətləri və hüquqi maarifləndirmə mövzuları haqda məlumat verilib. Bir günlük kursun sonunda həm təlimçilər həm də iştirakçılara “Təşəkkürnamə” sertifikatları təqdim edilib. Sonda tarixi abidələri özündə əks ettirən braşurlara da baxış keçirilib. Belə tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.  

345 -dən səhifə 471

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S