Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərdən biri - 26 yaşlı Ramazan Filiyev dəfn olunub. Qeyd edək ki, onun cənazəsi Balakən rayonuna gətirilərək bu gün səhər saatlarında ailəsinə təhvil verilib. Ramazan Filiyevin meyiti Şərif kənd qəbiristanlığında torpağa tapşırılıb. Qroznıya işləməyə gedən Ramazan Filliyev iki il əvvəl ailə həyatı qurub və onun 10 aylıq körpəsi var.