Nəticədə 5 min cücə yanaraq təlaf olub. Gecə saatlarında Balakənin Tülü kəndində, kənd sakini Vüsal İsmayılovun yaşadığı evin həyatyanı sahəsində inşa olunan ümumi sahəsi 96 kv/m olan cücə sexində yanğın baş verib.
Yanğının söndürülmasi üçün əraziyə Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində sexin tavanı və dam örtüyü yanıb, sexdə olan 5 min ədəd cücə yanaraq təlaf olub. Faktla bağlı araşdırma aparılır.
Çərşənbə, 08 Yanvar 2025 10:45