Ayaqqabısının yırtıq olmasına baxmayaraq əlindəki son pulunu orduya ianə edən Hikmət baba sadəliyi və yardımsevərliyi ilə hamının qəhrəmanına çevrilib. İki il keçməsinə baxmayaraq hələ də onun bu xeyirxah əməlindən qürurla danışılır. Bir xeyirxah əməliylə milyonların qəlbinə yol tapan Hikmət baba, yardımsevərliyi ilə yenidən gündəmə gəlib. Belə ki, yaşadığı Şəkinin Baş Küngüt kəndində yerləşən dünyəvi şairimiz Nizami Gəncəvinin heykəlini restavrasiya etdirməyi planlaşdırır. Bunun üçün danışıqlar aparan və hələlik heykəlin ətrafını təmir etdirən Hikmət baba indi heykəli əvvəlki görkəminə qaytaracaq mütəxəssis axtarışındadır. Sonda, Hikmət babaya bitmək-tükənmək bilməyən arzularını, xeyirxah əməllərini reallaşdırmaq üçün sağlam ömür arzulayırıq.