Şənbə, 24 İyun 2023 15:47

Daşüz kəndinə dolunun fəsadları aradan qaldırılır...

Daha öncə, iyunun 17-də Şəkinin Daşüz kəndinə yağan dolu nəticəsində 150-dən artıq evin damına ciddi zərər dəydiyi ilə bağlı məlumat vermişdik. Şəki rayon icra hakimiyyətində təbii fəlakətin fəsadların aradan qaldırılması məqsədilə komissiya yaradılıb. Doludan zərər görənlərə yardımlar edilir.

Dolu nəticəsində evlərinə ziyan dəymiş sakinlər ötən gün həmin fəsadların dərhal aradan qaldırılması üçün magistral yolu bağlamağa cəhd göstəriblər. Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin rəhbərliyi ərazidə sakinlərlə görüşüb, onlarla izahedici-profilaktiki söhbətlər aparıblar. Eyni zamanda Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən evlərinə daha ciddi ziyan dəymiş sakinlərə yağış sularından müvəqqəti olaraq qorunmaq üçün müvafiq material verilib. Bu gün isə dəymiş ziyanın aradan qaldırlması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən metal dam örtüklərinin paylanılmasına başlanılıb. Şəki Şəhər İcra Hakimiyyətinin rəsmisi 170 evin dam örtüyünün yararsız hala düşdüyünü və dəymiş ziyanın tam qarşılanacağını bildirib.

Qeyd edək ki, metal dam örtüklərinin paylanılması ən çox ziyan dəymiş evlərdən başlanılacaq. Mərhələli şəkildə qısa zamanda evlərin dam örtüyü tam dəyişdiriləcək...

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S