Şəkidə avtoxuliqanlıq edən sürücü saxlanılıb. Şəki şəhər sakini Elmir Hacıyev ön dövlət nömrə nişanı olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə intizamsızlıq edərək yol-hərəkəti qaydalarını kobud şəkildə pozub. Həmin şəxsi yol polisi əməkdaşları saxlayıb və avtonəqliyyat vasitəsi müvəqqəti duracağa yerləşdirilib. Məhkəmənin qərarı ilə Elmir Hacıyevin sürücülük hüququnun bir il müddətinə məhdudlaşdırılmaqla barəsində 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub. Qeyd edək ki, həmin şəxsin son 1 il ərzində ayrı-ayrı vaxtlarda yol hərəkəti qaydalarını ümumilikdə 6 dəfə müxtəlif üsullarla pozduğu üçün inzibati məsuliyyətə cəlb edilib.