Super User

Super User

Günorta saatlarında Şəki şəhər Məhəmmədəmin Rəsulzadə küçəsində, Daş Qaya adlanan ərazidə qəza baş verib. Səməd Süleymanovun idarə etdiyi “Mann” markalı yük avtomobili ilə Əfqan Nəbiyevin sükanı arxasında olduğu Ford markalı sərnişin mikroavtobusu toqquşub. Hadisə nəticəsində bir nəfər Şəki rayon Suçma kənd sakini sərnişin 67 yaşlı Minayə Əlixanova müxtəlif müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bayram tətilinin son günü səhər saatlarından etibarən avtovağzallarda sıxlıq müşahidə edilib. İşini ehtiyatlı tutanlar biletləri əvvəlcədən alıblar. Bayramı Şimal-Qərb istiqamətində qeyd etmək üçün gedənlərin bir qismi geri gəlmək üçün İsmayıllı avtovağzalına üz tutub. Daşımalar isə iri tutumlu avtobuslarla yanaşı, mikroavtobuslarla da həyata keçirilirdi. Sərnişin sayındakı artıma baxmayaraq qiymətlərdə bahalaşma müşahidə olunmurdu. Sərnişinlərin sayının kəskin artması avtovağzal rəhbərliklərini əlavə tədbirlər görməyə vadar edib. Digər günlərlə müqayisədə tətilin son günündə avtovağzalda xeyli sıxlıq müşahidə ediləcəyi pranozlaşdırıldığından artıq müəyyən istiqamətlərdə xəttlərə əlavə avtobuslar buraxılıb.

Çərşənbə, 04 Yanvar 2023 18:50

Tibb bacısı dəm qazından boğulub…

Hadisə səhər saatlarında Zaqatala şəhəri Cavad xan küçəsindəki fərdi yaşayış evində baş verib. 42 yaşlı Əminə Qardaşova yaşadığı ünvanda dəm qazından boğularaq ölüb. Onun cəsədini həyat yoldaşı vanna otağında cansız halda aşkarlayıb. İlkin ehtimala görə, Əminə Qardaşova dəm qazından boğularaq ölüb. Ölümün dəqiq səbəbini öyrənmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Qeyd edək ki, Əminə Qardaşova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində çalışırdı. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Çərşənbə axşamı, 03 Yanvar 2023 14:57

Çevrəmiz - Yeni il bürclərə nə vəd edir? 03.01.2023

Şəki şəhər Məmmədəmin Rəsulzadə küçəsində, Daş Qaya adlanan ərazidə qəza olub. 27 yaşlı Qusar rayonu Kuzunqışlaq kənd sakini Nurlan Tayıbovun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə, 55 yaşlı Şəki rayonu Aydınbulaq kənd sakini Azad Nəcəfovun idarə etdiyi Mersedes markalı mikroavtobus toqquşub. Qəzadan sonra mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində biri azyaşlı olmaqla 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan iki nəfər  44 yaşlı Şəki sakinləri Zəminə Məmmədova və Nüvər Möhsümova xəstəxanada saxlanılıb. Digər yaralıların xəsarəti yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin meşəlik sahəsində baş verib. Rayon sakini, 45 yaşlı Elsevər Quliyev qurumuş ağacı kəsərkən iri budaq onun üzərinə düşüb. Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis və prokurorluq əməkdaşları həmin ərazidə olub, ətraflı müayinələr aparıblar. Faktla bağlı araşdırma aparılır. 

Çərşənbə axşamı, 03 Yanvar 2023 10:54

Həkimcanlı - Həkim-genetik Eldəniz Bayramov 03.01.2023

457 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S