Bayramı ərəfəsində Şəkinin heyvan bazarında canlanma müşahidə olunur. Satıcılar bazarda canlanma olsa da, alıcılıq qabiliyyətinin zəifliyindən gileylənir. Alıcılar isə qiymətlərin baha olmasından şikayət edirlər. Belə ki, ötən illə müqayisədə qiymətdə 30-40 faiz artım var. Ən çox təlabat xırdabuynuzlu heyvanlara olub. Qeyd edək ki, Qurban bayramı günlərində, yəni 28-29 iyun tarixlərində Şəki şəhəri üzrə 1 kəsim məntəqəsində heyvan kəsiminin aparııması nəzərdə tutulur. Bununla bərabər Qurban bayramı günlərində Şəkinin heyvan bazarı da fəaliyyət göstərəcək. Kəsim məntəqəsi və Heyvan bazarı Qida təhlükəsizliyinin və Baytarlıq idarəsinin nümayəndələrinin nəzarəti altında olacaq.