Super User
Zaqatalada piyadanın vurulması anbaan kameralarda...
Elvin Babazadə: " Mən Rəhim Rəhimlini təqlid etmirəm" | Kim var Kim yox 09.03.2023
"Xeyirli axşamlar"da Canlı "Muğam" 09.03.2023
Həkimcanlı - İnfeksionist Leyla Əmrahova 09.03.2023
İndi başla "8 Mart" qızğın deyişmə
Həyat Tərzi "8 Mart"
Nahara az qala "8 Mart"
Həkim-Pediatr Tərlan Əyyubov "Həkimcanlı"da 08.03.2023
“Azərişıq” abonentlərin rahatlığı üçün yeniliklər edib...
İlk öncə onu qeyd edək ki, bu yeniliklər sayəsində bir çox qurumda növbə gözləməyə artıq ehtiyac qalmayacaq. Vətəndaşlar onlayn şəkildə bütün işlərini həll edə biləcəklər.
Asan Xidmət və Asan kommunal üzərindən “Azərişıq” ASC-nin bütün xidmətləri tam şəkildə elektronlaşıb. Bu, ilk növbədə quruma daxil olan müraciətlərin daha sürətli və şəffaf şəkildə öz həllini tapmasına səbəb olacaq.
YAP Şəki Rayon Təşkilatının yaranmasından 30 il ötür
Şəkidə Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan partiyası Şəki rayon təşkilatının yaranmasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Mərasimdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və partiya fəalları iştirak ediblər. Partiyanın Şəki üzrə sədri çıxış edərək Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq insanları birləşdirən Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini bildirib, qazanılan uğurlarda partiyanın sədri, Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Yeni Azərbaycan Partiyasının siyasi qüvvə olaraq ölkəmizdə aparılan bütün mütərəqqi və məqsədyönlü işlərin önündə getdiyini, daim Azərbaycan siyasi sisteminə yeniliklər gətirdiyini bildirib. Digər çıxış edənlər də Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirib, təşkilat üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.