Cümə, 25 Fevral 2022 18:43

Kələxana türbələri dağılmaq təhlükəsi üz-üzə...

Şamaxı rayonunda yerləşən Kələxana adlanan türbələr kompleksi dağılmaq təhlükəsi ilə üz-üzədir.  Türbələrin sayı bir vaxtlar 9 olsa da təəssüflər olsun ki, onlardan ikisi artıq dağılıb, biri isə yarı dağılmış vəziyyətdədir. Mütəxəssislər hesab edir ki, yaxın vaxtlarda bu türbələr ətrafında təmir, bərpa, konservasiya işləri görülməzsə ilin bütün fəsillərində turistlərin gəldiyi bu ərazi xarabalığa çevrilə bilər.
Şamaxının şəhər mərkəzindən cəmi 6 km aralıda olan Kələxana türbələri Azərbaycanda yeganə olmasa da, unikal türbələrdən hesab edilir. Konstruktiv baxımdan Kələxana türbələri Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan xüsusiyyətlərə malikdirlər. Türbələrdən yalnız biri üzərində kitabə qalıb. Həmin kitabədə abidənin inşa tarixi və dəfn edilənin kimliyi haqqında məlumat verilib. Türbələrdən yeddisinin tam olaraq,bəzilərinin isə müdafiə divarlarının qalıqları dövrümüzə qədər çatsa da zaman keçdikcə abidələr eroziyaya uğrayaraq yarasız hala düşüb. Yerli sakinlərin sözlərinə görə, kəndin tarixi, eləcə də türistlərin tez tez üz tutduqları bu abidər göz görə-görə məhv olur. Dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, hələ də müsbət addım atılmayıb. Abidə mühafizəçisi bildirib ki, Şamaxı rayon ərazisində bir neçə bərpa edilməsi nəzərdə tutulan memarlıq abidəsi var ki, onlardan biri də məhs Kələxana türbələridir. İlkin mərhələdə sözü gedən bu ərazilərdə işlərə start veriləcək. Qeyd edək ki, Şamaxı rayonunda dövlət tərəfindən qorunan 102 tarixi abidə var. Bunlardan 75- i invertar nömrəli, 27-si isə yeni aşkar edilən tarixi və mədəniyyət abidələridir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S