II Dünya müharibəsində həlak olan vətəndaşımızın nəşi 80 il sonra Azərbaycana gətirilib. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində döyüşmüş Qaxın Güllük kənd sakini Əliyev Əli Molla oğlunun cəsədinin qalıqları Rusiyada tapılıb. Volqoqradda qazıntı aparan rusiyalı işçilər qəbir görüblər. Qəbirin içindən tapılan gilizdə Əli Əliyevin ad-soyadı və yaşadığı yer qeyd olunub. Daha sonra onun qohumlarına məlumat verilib. Ailə üzvlərinin istəyi ilə mərhumun nəşi Azərbaycana göndərilib. Qax Rayon Hərbi Komissarlığının və kənd icra nümayəndliyinin iştirakı ilə onun nəşi Güllük kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Əli Əliyev 1942-ci ildə Volqoqradda həlak olub.