Super User

Super User

Çərşənbə, 18 Yanvar 2023 14:07

Manaf Ağayev "Nahara az qala"da 18.01.2023

Çərşənbə, 18 Yanvar 2023 13:57

Nanıx Xəbər #4

Çərşənbə axşamı, 17 Yanvar 2023 19:38

Şaxtalı havaya meydan oxudu...

Qaxdan daha bir maraqlı xəbərimiz var.. Belə ki, qışın oğlan çağında, şaxtalı havada bayıra belə çıxmağa ehtiyat etdiyimiz bir vaxtda Qax sakini etdiyi hərəkətlə hər kəsi heyrətləndirib. Ağçay kəndinin sakini, 46 yaşlı Zaur İsaqov çöl şəraitində, mənfi 10 dərəcə şaxtada dağ çayında çimib. O, isinmə hərəkətləri edib, qar vannası qəbul etdikdən sonra buz bağlamış suya girib. Uzun illərdir əlbəyaxa döyüş növləri üzrə idmanla məşğul olan Zaur İsaqov hər il qış aylarında ən azı iki dəfə buz kimi suda yuyunduğunu bildirib. İdmançı onu da qeyd edib ki, qış aylarında dağ çayında çimmək dənizə, axmaz sulara nisbətdə çox çətindir. Dağ çayının suyu həddindən artıq soyuq olur.

 

Çərşənbə axşamı, 17 Yanvar 2023 19:12

Donmuş Mamırlı şəlalə görənləri valeh edir...

Havaların şaxtalı keçməsi nəticəsində Qaxda, Ləkit çayının sağ sahilində yerləşən Mamırlı şəlalənin çox hissəsi donub. Suyun axınından asılı olaraq donmuş buz parçaları sanki bir əsər yaradıb. Ləkit kəndinin yuxarı hissəsində dağlıq və meşəlik ərazidə yerləşən şəlalə öz görünüşü ilə onu görməyə gələnləri valeh edir. Mamırlı qayalar üzərindən axıb gələn şəlaləni yerli camaat "Damcı şəlalə" də adlandırır. Baxmayaraq ki, şəlaləyə getmək çətinliklə başa gəlir, ancaq, bu gözəl mənzərəni hər il görməyə gələnlərin sayı kifayət qədərdir. Dəniz səviyyəsindən 600 metr hündürlükdə yerləşən Mamırlı şəlalənin eni 30, hündürlüyü isə 15 metrdir. Qeyd edək ki, şəlalə Qax təbiət abidəsi kimi Dövlət tərəfindən mühafizə olunur.

Çərşənbə axşamı, 17 Yanvar 2023 13:43

Çevrəmiz - 6-cı hiss nədir? 17.01.2023

Çərşənbə axşamı, 17 Yanvar 2023 13:13

Nanıx Xəbər #3

453 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S