Super User
Çevrəmiz - Gözəl görünmək üçün pul xərcləmək mütləqdir? 13.01.2023
Güclü qar kəndlərlə əlaqənin kəsilməsinə səbəb oldu...
Şamaxının bəzi ərazilərində temperatur mənfi 10 dərəcəni keçib. Hava şaxtalı olduğundan yağan qar ərimir, əksinə yollarda buz təbəqəsi yaradır ki, bu da nəqliyyatın hərəkətini iflic edir. Xüsusilə də kəndlərə gediş-gəliş xeyli çətinləşib. Pirbəhli, Ərçiman, Dəmirçi, Lahıc, kəndləri ilə demək olar ki, əlaqə kəsilib. Bu yollarda heç bir nəqliyyat vasitəsi hərəkət edə bilmir. Həmin ərazilərdə qarın təmizlənməsi işləri görülür. Həmçinin Qəleybuğurd, Qaladərəsi, Sis və Keçmədin kənlərinə də gediş-gəliş çətinləşib.Bu kəndlərə yağan qarın qalınlığı artıq 50 sm-ə çatıb. Kəndlərin rayon mərkəzi ilə gediş-gəlişi tamamən kəsilməsə də, yollarda yalnızca 4 çarxlı avtomobillər hərəkət edə bilir. 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin canlı qüvvəsi və texnikası yollarda durmadan çalışır. Şamaxı-Dəmirçi-Pirqulu istiqamətində gediş-gəlişdə məhdudiyyət olmasa da əraziyə yağan güclü qar yolların yenidən buz bağlamasına səbəb olur.
Həyat tərzi - Vəfa Abbova və Azad Zamanovla 12.01.2023
Sevda Əliqızı: Ölənin arxasından danışmazlar... İndi başla 11.01.2023
Keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb...
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsə qarşı əməliyyat keçirib. Əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Alişir Afrailov tutulub. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb. Alişir Afrailovun Fındıqlı kəndi ərazisində yaşadığı yerə də baxış keçirilib və oradan ümumi çəkisi 2 kiloqramdan artıq olan narkotik vasitə-qurudulmuş marixuana aşkarlanıb. Saxlanılan şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Həkimcanlı - Qaraciyərin "qara azarı" 11.01.2023
Həkimcanlı - İnfarkt zamanı bunları etməyin Diqqət! 10.01.2023
Polisin uğurlu əməliyyatı...
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və üzərində odlu silah gəzdirən şəxslərə qarşı əməliyyat keçirilib. Rayonun Qullar kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Asluddin Motuxovun üzərində odlu silah gəzdirməsi barədə şöbəyə əməliyyat məlumatı daxil olub. Keçirilmiş tədbir nəticəsində o, şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı keçmiş məhkumdan “PM” markalı tapança, həmin silaha məxsus sandıqça və patron, eləcə də narkotik vasitə olan marixuana aşkarlanıb. Asluddin Motuxov ifadəsində tapançanı təxminən 2 ay əvvəl balıq ovuna gedərkən çayın kənarından tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Samiddin Quliyev, Fərid Layıcov və Habil Butdayev tutulub.Üzərlərinə keçirilən baxış zamanı onlardan heroin və marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Buzlu yol qəzaya səbəb oldu...
Oğuzda buzlu yol qəzaya səbəb olub. Hadisə Oğuz-Bayan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil idarətmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb.Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.