Şəkidə “Sığorta Festivalı” keçirilib. “Həyat sığorta ilə rahat” devizi altında keçirilən festivalda ölkənin aparıcı sığorta şirkətləri iştirak ediblər. Tədbir ərzində müxtəlif hədiyyəli oyunlar oynanılıb, intellektual yarışlar keçirilib və sürprizli şoular təqdim olunub. Həmçinin festival zamanı “Sığorta maarifləndirməsi” layihəsinın tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib. Tədbirin gedişində iştirakçılar yerində sığorta xidmətləri əldə edə biliblər. Festivalın növbəti tədbiri 1 sentyabr tarixində Zaqatalada baş tutacaq.