Şəkidə Manya Səxavətqızının müəllifi olduğu “Vətən fədailəri: Şəki şəhidləri” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində şəhid ailələri, şəhər ictimaiyyəti iştirak edib. Əvvəlcə Prezident İlham Əliyevin 44 günlük müharibədə qələbəmizə həsr olunmuş çıxışı nümayiş etdirilib. Daha sonra çıxış edənlər şəhidlərin qəhrəmanlıqlarından, onların Qarabağın işğaldan azad olunması yolunda göstərdikləri şücaətlərdən bəhs ediblər. Təqdim olunan kitabın şəhidlərin qısa və mənalı həyat yoluna işıq saldığı, həmçinin gələcək nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyəti vurğulanıb.