Super User
Nahara az qala - Tavada super ləzzətli xaçapuri resepti 06.02.2023
Sellofan torbalar pullu olacaq
Əvvəllər daha çox kətan parça, həsir və kağızdan hazırlanan torbaları bu gün sellofan torbalar əvəz edir. O dərəcədə ki, adi küləkdə küçələrdə bu torbaların uçduğunu görürük, zibilliklər sellofanlarla doludur. Elmi araşdırmalarsa onu göstərir ki, kütləvi şəkildə istifadə etdiyimiz sellofan torbalar insan orqanizminə, eləcə də ekologiyaya çox böyük zərər vurur.
Məhz bu səbəbdən də indiyədək pulsuz aldığımız polietilen torbalar üçün artıq əlimizi cibimizə salmalı olacağıq. Bəli, marketlərdə aldığımız məhsulu daşımağımız üçün verilən polietilen torbalar ayrıca məhsul növü kimi təqdim ediləcək.
29 ildir xəstəliklə savaşan Aydan bacarıqlarıyla hamını heyran edir
İndi təqdim edəcəyimiz sujetdə, fiziki məhdudiyyətli olmasına baxmayaraq, bacarıqları əngəl tanımayan bir xanımı görəcəksiniz. Əslində belə insanların heç də hamısı öz qabiliyyətlərini üzə çıxarmaq və inkişaf etdirmək imkanı əldə edə bilmirlər. Bəziləri illərlə istedad və bacarıqlarını daxildə saxlamağa məcbur olur. Ancaq Aydan Hacıbəyli bu baxımdan həm güclü, həm də şanslıdır. Çünki ata-anası da onun bacarıqlarının üzə çıxarılmasında və inkişafında daim dəstək olurlar. Bu şeirin müəllifi olan Aydan Hacıbəyli doğuş zamanı aldığı zədədən sonra sağlamlığını itirib. Uşaq serebral iflicindən əziyyət çəkən 29 yaşlı xanım hələ kiçik yaşlarından öz bacarıqlarını inkişaf etdirib. Şeir yazmaqla yanaşı, həm də rəsmlər çəkir, hörgü və parça üzərində toxuma sənəti ilə məşğul olur. İlk vaxtlar çətinlik çəksə də, indi öz işinin öhdəsindən ustalıqla gəlir. Onun bu yolda uğur qazanması üçün valideynləri də dəstəyini əsirgəmir. Fiziki məhdudiyyətli olmasına baxmayaraq, istedadına, qabiliyyətinə arxalanan bu xanım əsl sənətkar kimi yaşayır, yaradır, istedadını nümayiş etdirir. Rayon daxilində, həmçinin respublikada keçirilən sərgilərdə böyük qürurla iştirak edir. İndi Aydanın ən böyük arzusu öz şeirlərini kitab halında çap etdirməkdir.
Avtomobil təmiri sexi yandı...
Qəbələdə də yanğın hadisəsi qeydə alınıb. Yanğın səhər saatlarında Qəbələnin Pirəli kəndinin ərazində, ümumi sahəsi 104 kvadratmetr olan avtomobil təmiri sexində baş verib. Sexdə olan avadanlıqlar və sexinin yanar konstruksiyaları yanıb. Yanğın Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsinin heyəti tərəfindən söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Fakt araşdırılır.
Zaqatalada 9 mərtəbəli yaşayış binasında yanğın
Zaqatalada 9 mərtəbəli yaşayış binasında yanğın olub. Yanğın gecə saatlarında Zaqatala şəhəri Faiq Əmirov küçəsindəki binanın dördüncü mərtəbəsində, ümumi sahəsi 45 kv/m olan mənzildə baş verib. Əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Mənzilin mətbəxtinin 3 kv/m-lik sahəsi və bir ədəd paltaryuyan maşın yanıb. Xəsarət alansa olmayıb. Faktla bağlı araşdırma aparılır.
Vüsal Ramizoğlu ilə Lənkəranda "Kim var, kim yox?" 02.04.2023
Şəkidə 7 otaqlı fərdi yaşayış evi yanıb…
Hadisə səhər saatlarında, rayonun Baş Kəldək kəndində, kənd sakini Abduləziz Süleymanova məxsus ikimərtəbəli mənzildə baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər yaşayış evi yanğından mühafizə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən başverməsi hələ ki, məlum deyil.
Eldən Çölə - Göyçayım xan çinarlıdır, dadlı gülöyşə narlıdır 03.02.2023
Avtomobil agaca çırpıldı, sürücü öldü…
Qax rayonunda ölümlə nəticələnən yol qəzası qeydə alınıb. Şəhərin mərkəzində hərəkətdə olan "BMW" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı şam ağacına çırpılıb. Sürücü, 60 yaşlı Şövkət Yusifov hadisə yerində ölüb. İlkin ehtimala görə, o ürəktutmasından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Avstriyalı mütəxəssislərin iştirakı ilə FHN-in xilasediciləri üçün təlimlər keçirilir…
29 yanvar-4 fevral tarixlərini əhatə edən təlimlər xizəksürmə və qar uçqunlarında axtarış-xilasetmə üzrə keçirilir. FHN-in müvafiq qurumlarının şəxsi heyət və texnikaları, xüsusi təlim görmüş itlər təlimə cəlb edilib. Məqsəd mürəkkəb relyefli və çətin iqlim şəraitində, eləcə də qar uçqunları zamanı yaranmış vəziyyətin qiymətləndirilməsi, axtarış-xilasetmə, zərərçəkmişlərin təxliyəsi və onlara ilkin yardımın göstərilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, habelə müasir texnika və avadanlıqlardan istifadə üzrə peşəkar vərdişlərinin gücləndirilməsi, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsidir. Təlimin gedişində avstriyalı mütəxəssislər tərəfindən şəxsi heyətə qar uçqunları zamanı istifadə olunan müasir axtarış-xilasetmə texnika və avadanlıqları, onların taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları, qar uçqunu altında qalan zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi, müvafiq təhlükəsizlik qaydaları üzrə nəzəri məşğələlər keçirilib. Təlimdən sonra FHN-in xilasedicilərinə Avstriya Daxili İşlər Nazirliyinin müvafiq sertifikatları təqdim olunur. Qeyd edək ki, bu tədbir iki nazirlik arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilən sayca altıncı təlimdir.